adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
28 May 2016 12:48
4712
HADİSƏ
A- A+

Hasarın altında qalan uşaq öldü

Mayın 9-da Bərdə rayonu ərazisində bədbəxt hadisə zamanı ağır xəsarət alan uşaq ölüb.

Adalet.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 9-da saat 18 radələrində Bərdə rayonunun Otuzikilər kəndində kənd sakini Xanməd Əsgərov idarə etdiyi "T-28” markalı traktoru yolun kənarındakı hasara vurub və bu zaman hasar 5 yaşlı Rüfət Hətəmovun üstünə aşıb. R.Hətəmov xəstəxanada ölüb.

Araşdırma aparılır.