adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
28 May 2016 12:34
5525
GÜNDƏM
A- A+

Əli Əhmədov Tərtər rayonuna gedib

Baş nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədov Tərtər rayonuna səfər edib. APA-nın Qarabağ bürosunun məlumatına görə, şəhərin mərkəzi meydanında Heydər Əliyevin abidəsini ziyarət edən Ə. Əhmədov sonra rayon ictimaiyyəti ilə görüşüb. Baş nazirin müavini keçmiş döyüşçülərlə söhbətləşib. Ə. Əhmədov aprel hadisələrin fərqlənən döyüşçülərlə də görüşərək onlara hədiyyələr təqdim edib.

Ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində dağılmış evlərə də baş çəkən Ə. Əhmədov aparılan tikinti işləri ilə maraqlanıb.

Ə. Əhmədovun Qapanlı kəndində sakinlərlə görüşü gözlənilir.