Əliyevlə Sarkisyan Fransada görüşə bilər
"Ermənistan və Azərbaycan prezidentlərinin növbəti görüşü Fransada keçirilə bilər”.
"tert.am” saytının verdiyi xəbərə görə, bunu Fransa Strateji Araşdırmalar Fondunun eksperti, politoloq Kayts Minasyan "Jamanak” qəzetinə açıqlamasında bildirib."Lakin buna qədər bir sıra məsələləri dəqiqləşdirmək lazımdır. Məsələn, bu görüşə kimin - prezident Fransua Olland, xarici işlər naziri Jan Mark Eyro, yoxsa Avropa məsələləri üzrə dövlət naziri Harlem Desirin rəhbərlik edəcəyini dəqiqləşdirməyə ehtiyac var”.
Bununla yanaşı, K. Minasyan görüşdə digər həmsədr ölkələrin xarici işlər nazirlərinin - Sergey Lavrov və Con Kerrinin iştirak edib-etməyəcəyinin məlum olmadığını söyləyib:"Vyanada başlanmış danışıqları davam etdirməyimiz vacibdir”.
Xatırladaq ki, Ermənistan və Azərbaycan prezidentləri arasında son görüş mayın 16-da Vyanada keçirilib.

Digər Xəbərlər
18 Aprel 2024 19:00
Azərbaycana bunun üçün 38 milyon dollar vəsait ayırdıq - ABŞ səfiri
18 Aprel 2024 17:10Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək
18 Aprel 2024 16:39"Fransa demokratik ideyaları məhv edir" - Səməd Seyidov
18 Aprel 2024 16:23"Fransa öz gözündəki tiri görmək istəmir" - Deputat
18 Aprel 2024 15:50