adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
28 May 2016 11:25
4810
MƏMLƏKƏT
A- A+

Avtomobil velosipedçini vuraraq öldürdü

İmişlidə baş verən yol qəzasında 1 nəfər ölüb.

Məlumatına görə, hadisə gecə saatlarında rayonun Şahverdili kəndi ərazisində qeydə alınıb. "Mercedes” markalı avtomobil velosipedçini vurub. Nəticədə velosipedin sürücüsü, rayonun Göbəktala kənd sakini, 1984-cü il təvəllüdlü Əmrahov Zabil Əvəz oğlu ağır kəllə-beyin travması ilə, komatoz vəziyyətdə İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq o, səhər saatlarında xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.