adalet.az header logo
  • Bakı 16°C
28 May 2016 10:59
5511
DÜNYA
A- A+

Türkiyədə 5 mindən çox terrorçu məhv edilib

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı antiterror əməliyyatlarına dair 10 ayın hesabatını açıqlayıb.

Son on ayda ölkədaxilində keçirilən əməliyyatlar nəticəsində 2 min 583, İraqın şimalında 2 min 366 olmaqla ümumilikdə 4 min 949 PKK terrorçusu öldürülüb.


Məlumata əsasən 747-si yaralı olmaqla 1478 terrorçu həbs edilib. Təslim olan terrorçuların sayı 700 nəfərdir. 10 ay ərzində 400 minə yaxın şəxs evini tərk etmək məcburiyyətində qalıb, 5 min ev zərər görüb.

300 mindən çox silah-sursat ələ keçirilib. Əməliyyatlar zmanı türk ordusu 483 şəhid verib.