BİR GÖZ QIRPIMI ÖMÜR…

ƏBÜLFƏT MƏDƏTOĞLU
58729 | 2016-05-27 16:17



Bilmirəm,doğrudan yaşla bağlıdır, ya həyat elə bu cürdür. Yəni hər gün mütləq bir acıqapını döyməlidir… hər gün mütləq bir sevinc yanımdan keçməlidir… hər günmütləq acıyla şirinin arasında qalmalısan… hər gün mütləq bir gözün gülüb, birgözün ağlamalıdır… hər gün mütləq… Hə, elə hər gün mütləq özün özünü divaradirəyib suallara cavab verməlisən, cavabaları sualı ünvanlayana şərh edibinandırmalısan!..

Bilmirəm, buhamıda belədir, yoxsa yox… bilmirəm, hamı bu sualların qarşısında dura bilir,yoxsa yox… bilmirəm, bunlar bütün insanlara aiddir, yoxsa yox… Amma… Hə, ammabütün bunlar var və qaçılmazdır. Var olan, qaçılmaz olan insanı hardasa boğub,yorub yaxalayacaq. Onda başlayacaq bütün suallar, onda tələb olunacaq bütüncavablar. Bax, onda hamını deyə bilmərəm, mən bir anlıq quruyub qalacam. Çünkieşidəcəyim suallar, verəcəyim cavablar mənə o qədər yüklənib ki, mən öz-özüməonu o qədər eşidib cavablandırmışam ki, əsəblərim oyaqdır. Kiminsə tərəfindən osualları eşidəndə özümü heç də xoş olmayan bir durumda görəcəm və o xoş olmayandurumun yarı hissəsi də don vurmaq, keyləşmək, daha nə bilim nədi. Və mən dəelə indinin özündə, bu yazını diktə etdiyim anda belə, həyatla üz-üzə dururam,mənim qarşıma qoyduğu sualların cavabını milyon dəfə verdiyim həyatdan dahabəsdi, nə istəyirsən məndən? - deyib soruşmağa çalışıram. Amma yox, mənimhəyata sual vermək gücüm bitibdir. O, mənə güc gəlib. Ona görə də sual sahibiodur. Mən öyrənirəm onu. O, öyrədir məni. Elə bu yerdə yadıma bir müdrik kəlamdüşür. Siz də eşitmiş olarsınız. Müdriklər deyib ki, "qırxındaöyrənən…"

Hə, həyatolumla ölüm arasındakı məsafə olduğuna görə, o bayaqkı müdrik kəlamın yozumu daelə həyatın özündən gəlir. Çünki ona güvənib, ona pənah gətirib və nəticədəsöyləyiblər həmin atalar sözünü. Mən də güvənməyə çalışdım bu həyatdan. İstədimöz sözüm olsun və o söz öncə bir çubuq kimi göyərsin, sonra bir qollu-budaqlıağaca çevrilsin, həm barı olsun, həm də kölgəsi. Hətta üstündə yuva da qursunquşlar, sığınsınlar mənim sözümə, özümə. Təəssüf ki, bu həyat mənim o qədər dəböyük olmayan sözümü də göyərtmədi, çubuq eləmədi. Çünki hər gün daha çoxbudandım, hər gün daha çox təkləndim. Və gördüm ki, sağım-solum boşalıb. Təkcədoğmalar, dostlar yox, elə tanış-bilişlər də məktəb, universitet yoldaşlarım daömrün payızına qədəm qoyurlar və…

Bu xəbəri üçgün öncə eşitdim. İşdən evə gəldim, onsuz da sözümə baxmayan qan təzyiqimkəllə-çarxa vurduğu bir zamanda döydü qapımı bu xəbər. Bizim sinifin qızlarındanbiri dünyasını dəyişmişdi. Özü də çox faciəli bir şəkildə. İnanın ki, xəbərieşidəndə bir anlıq nə edəcəyimi, nə deyəcəyimi bilmədim. Necə deyərlər, yerayağımın altından, göy başımın üstündən sürüşdü. Eləcə oturduğum kürsüdənyapışdım ki, yıxılmayım. Və həmin an Tuğ kənd orta məktəbinin şagirdləri, yənimənimlə bir sinifdə 1966-1976-cı illərdə mənimlə oxumuş uşaqlar gəldi durdugözümün qarşısında. Onların hər biri öz uşaq təbəssümüylə boylandı mənə həmin oillərdən. Qızların saçındakı bant… oğlanların ağ köynəyi… üstəlik yaxalardapayıldayan oktyabryat ulduzu… sinif otağındakı yazı lövhəsi önündə gülüşdüyümüzanlar… ya da təbaşir tozuna batmış üz-gözümüz… coğrafiya müəlliminin uzunçubuğu… kimya müəlliminin sınaq şüşələri… və daha nələr, nələr… Tənəffüsdəbir-birinə aman vermədən sinif otağından dəhliz boyu qaçanlar… iki bir, üç birtoplaşıb nəsə pıçıldaşanlar… yazı işlərini müəllimin gözündən yayındırıbkitabdan köçürmələr… Hə, bunlar on illik bir ömür. Və o 10 ilin budanan çubuqları. İndionlardan neçəsi dünyasını dəyişib. Və mən onlar haqqında xatirə yazıram,onların xatirəsini vərəqləyirəm. Elə bilirəm ki, həmin o 1966-cı ildən başlanantarix bax, elə bu gün, bu an yazılır. Onu yazan da mənəm. Amma əslində mən, oyazılanların bir durğu işarəsi, bir hərfi, daha nə bilim bəlkə də birhissəciyiyəm. Çünki yazan yerin, göyün sahibidir. Mən isə ən yaxşı halda yəqinki, yazılanam. Onun silinməsi, pozulması da yazanın əlindədi.

İndi dünyasını dəyişmiş həmin o bizim sinifin qızını bir varlıqdan dahaçox mələk kimi görürəm. Mənə elə gəlir ki, orta məktəbimizin ilk sinfinin ilkdərs günündə necə görmüşəmsə, elə o formadadı, o gözəllikdədi. Saçındakıbantlar da yerindədi… qırçınlı yubkası da, ağ yaxalığı da. Və mən onunlaqarşılaşıram.

Qarşılaşdıq

və susduq -

ikimiz də…

sadəcə

bir-birimizin

gözündən

və nəfəsindən

tutduq -

fikrimizdə,

qəlbimizdə!..

sözsüz danışdıq

suallaşdıq

sonra

halallaşdıq -

və qayıtdıq

gəldiyimiz yerə

yəni

xatirələrə

ikimiz də -

içimzdə!..

***

Hərdən məni qınayırlar ki, hisslərə çox qapılıram, bədbinlikdaşıyıcısıyam. Üz-gözümdən,yazılarımdan kədər tökülür. Üstəlik onu da deyirlər ki, bütün bunlar oxucunu,dinləyicini, elə ətrafımda olanları da yorur. Həmin o bədbinliyi yükləyirəmonlara. Amma inanın ki, bütün bu deyilənlərin mənə dəxli olduğu qədər də dəxliyoxdu. Çünki mən bilərəkdən, qəsdən, düşünülmüş şəkildə yaşantılarımı kimlərəsəyükləmirəm. Mən ürəyimin səsini və bir də Tanrının içimə səpdiklərini sözəçevirirəm. Ona görə də bu günah saydıqlarınız mənim alın yazımdı, mənim yaşadığımvə bacardığımdı. Əgər o həqiqətən günahdısa, deməli, məni onda Allah bugünahların daşıyıcısı olmaq üçün yaradıb. Mənimsə Yaradana etiraz etmək, onaqarşı çıxmağa nə gücüm yoxdu, nə də haqqım.

Bəli,həqiqətən yaşadığım həyat bütün özəlliklərini və gözəlliklərini canıma, ruhumahopdurur. Mən yaşadıqlarımı iç dünyama keçirirəm, onu üst-başıma bulaşdırmıramki, çırpam, silib təmizləyəm. Deməli, əgər yazdığım, etdiyim söhbət həqiqətənkimlərəsə yük olursa, onda onun vərəqini qatlayın, oxumayın. Öz təmizliyinizüçün, öz rahatlığınız üçün mənim yanımdan ötüb keçin. Elə hesab edin ki, heçgörmürsünüz də, mən bundan incimərəm. Ən azından ona görə ki, nəyi haqqedirəmsə onu da alıram, onu da mənə verirlər. Təbii ki, söhbət haqqıqiymətləndirən Haqq sahibindən gedir və…

İndiiçərisində olduğum durum yazının əvvəlində dediyimlə tam üst-üstə düşür. Həminkədərli notun qarşısında xoş bir xəbər də dayanıb. O da ədəbiyyatımızın, Qarabağımızın, bütövlükdəsözün çox böyük cəfakeşlərindən biri olmuş və bu dünyaya çox erkən əlvidademiş, "Ədalət"in oxucularının da yaxşı tanıdığı Vahid Əlifoğluylabağlıdı. Onun yurdunda qalan iki qız övladından birinin xoş günüylə bağlı müjdədöydü qapımı. Bax, elə o anda sizə dediyim acıyla şirinin üz-üzə dayandığınıgördüm, şahidi oldum və anladım ki:

…Və bəzən

fikirlərinçoxluğu,

ağırlığı

yorur məni…

dizçökdürür,

yük olur

ağrıyan ürə

yimə

onda mən,

Allahım,

səndən

aldığımümidi

sakitcə

yavanlıqedirəm

çörəyimə…

və beləhallarda

sığınıram

həm də

sevgininköməyinə!..

***

Hər arxadaqalan günün öz səhifəsi var. İstər gündəlikdə, istər tarixdə, istərsə də eləyaddaşda. Və biz arxada qoyub gəldiyimiz o səhifənin üzərindəki durğuişarələrindən tutmuş yazılara, şəkillərə qədər hər birinə özümüzdən,ömrümüzdən, canımızdan nəsə kəsib vermişik, nəsə hopdurmuşuq. Ona görə də onadaha çox xatirə dəftəri kimi baxırıq. Xatirə, yəni xatırlamaq, xatirimzdəsaxlamaq, xatirimizdə yaşatmaq kimi. Və deməli, bizi də elə həmin o arxadaqalan zamana o doğmalıq, o xatirimizdə qalmaq bağlayır. Biz dünənimizi nə qədərdoğramaq, körpüləri nə qədər yandırmaq istəsək də, buna nail ola bilmirik.Çünki dünəni bizdən, bizi dünəndən ayırmaq üçün bircə yol var. Onu da hamıbilir və o yolu da hamı gec-tez keçir. Yəni "ol"dan "öl"əgedən bu yolda dağı da partlatmaq, çayın da səmtini dəyişmək, quyunu dadoldurmaq, ev də tikmək, bina da uçurtmaq, ağac da əkib meşə də doğramaqmümkündü. Amma dünənlə bugünün xatirində olanları məhv etmək mümkün deyil. Olabilsin ki, müəyyən unutqanlıq baş versin. Amma mütləq hansısa bir nöqtədə oxatırlama yenə baş qaldırır - ya kiminsə söhbətində, ya hansısa bir şəkləbaxanda, ya dünəninlə hesablaşanda və sairə və ilaxır. Bax, ona görə də mənkiminsə hansısa bir söhbət əsnasında "mən hər şeyi yadımdasaxlamıram", "mən pisliyi unuduram", "mən yaxşılığıyaddaşıma yazıram" və sairə sözlərini səmimi qəbul etmirəm. Çünki insanbir varlıq olaraq hər şeyi yaddaşa yazır və məqamı gələndə dedin- demədinpisliyi də içində vərəqləyir, yaxşılığı da. Sadəcə, əsl Allah bəndələri o pisliyinüstünə gəlmir, onun qisasını, cavabını ortaya qoymur, özünü unutqan kimigöstərir, daha çox yaxşılıq etməyə meyl göstərir. Və bu da kimlərdəsə əsl Allahbəndəsinin guya unutqan olduğu fikrini, təəssüratını yaradır. Əslində isəgerçək tamam başqadı.

Bəli, bütünbunları demək, yazmaq o qədər də asan deyil. Çünki bu dediklərim, yazdıqlarımhamısı mənim yaşantılarımdı, içərisində olduqlarımdı. Bax, mən bunları deyəndə,yazanda həmin o anları təkrar yaşamış oluram. Kimlərsə də məni məhz bu nüansagörə qınayırlar. Amma neyləyim, həyatım budu. Və məni elə bəlkə də yaşadan da,az-çox maraqlı edən də bəlkə budu. Mən bütün banlara bir istinad nöqtəsi kimisığınıb şeirimi də yaşadığım kimi misralayıram və hər kəsə, hətta məni sevməyənə də açıqşəkildə deyirəm:


Gözlərimigüzgü bil

Nəfəsinləöpüb, sil…

Dolaşsada,deyir dil -

Şam kimi əriyirəm!


Kösövdən qor olmuşam

İçimdə qovrulmuşam…

Yüyürüb yorulmuşam -

Hələ ki, yeriyirəm!


Bir künc-bucaq almışam

Odsuz ocaq almışam...…

Dərdi qucaqlamışam -

Susmuşam... kiriyirəm!..


Bəli, ömür illərlə, aylarla, günlərlə ölçülür. Amma söhbət yaşamaqdandüşəndə onda adam daxilən bir tərəddüd keçirir. Elə bil addım atmaq istədiyin məqamda kimsə"dur!" deyir. Əlini qapının dəstəyinə uzatdığın yerdə kimsə əlininüstündən vurur. Bax, məhz onda yaşadığın ayı da, ili də dəqiq hesablayabilirsən. Axı, ömür doğum tarixiylə ölüm tarixi arasındakı məsafə deyil.Əslində ömür bir göz qırpımıdı. Biz bəzən baş daşımıza yazılmış 60-70-80, dahanə bilim nə qədər illərin yaşanmadığının fərqinə varmırıq. Biz mövcudluqlayaşamağın fərqi barəsində düşünməyi unuduruq. Amma nahaq. Əslində ömür bir gözqırpımıdı… onu yaşamaq lazımdı.


TƏQVİM / ARXİV