adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
27 May 2016 15:31
5286
GÜNDƏM
A- A+

Polislərin qaçırdığı avtomobillə bağlı rəsmi açıqlama

Baş Dövlət Yol Polisi İdarəsi Bakı şəhər sakini, Elmir Tapdıqova məxsus itmiş avtomobilin 1 saylı cərimə meydançasında tapılması ilə bağlı yayılan informasiyalara münasibət bildirib.

Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kamran Əliyev açıqlamasında bildirib ki, sözügedən avtomobilin üzərindəki dövlət nömrə nişanı axtarışda olan digər maşına məxsus imiş: "O maşının üzərində axtarışda olan avtomobilin nömrəsi olub. Sürücü də parketmə qaydalarını pozduğuna görə, aprel ayının 8-də duracağa aparılıb.

Duracaqda müəyyən olunub ki, avtomobil axtarışdadır. Cərimə meydançasına polis bölməsindən də əməliyyatçılar dəvət olunub. Məlum olub ki, nömrə axtarışda olan avtomobilə məxsusdur, amma maşın faktiki olaraq həmin maşın deyil. Sonra müəyyənləşib ki, "Mitsubishi Pajero” markalı avtomobilin nömrəsi 90 LO 919 olub. Lakin üzərindəki nömrə bir başqa oğurluq maşının nömrəsi olub.Məsələlər müəyyənləşdirildikdən sonra həmin avtomobilin buraxılmasıyla bağlı sənəd verilib”.

Xatırladaq ki, Bakı şəhər sakini, Elmir Tapdıqov bir neçə gün əvvəl polisə müraciət edərək özünə məxsus "Mitsubishi Pajero” markalı, 90 LO 919 dövlət nömrə nişanlı avtomobilin qaçırıldığını bildirib.

Həyata keçirilən axtarışlar nəticəsində qaçırılmış avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin 11 saylı cərimə meydançasında tapılıb.