adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
27 May 2016 13:19
5315
HADİSƏ
A- A+

Tərtər və Ağcabədidə partlamamış mərmi tapıldı

Tərtər və Ağcabədi rayonlarında partlamamış mərmi tapılıb.

Adalet.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Tərtər RPŞ əməkdaşları tərəfindən rayonun Hacıqərvənd kəndinin ərazisində kənd sakini Aftandil Muradova məxsus torpaq sahəsindən 1 ədəd partlamamış tank əleyhinə olan mərmi, Ağcabədi RPŞ əməkdaşları tərəfindən rayonun Yuxarı Qiyaməddinli kəndinin ərazisindən 1 ədəd partlamayan top mərmisi tapılıb.