adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
26 May 2016 15:12
9752
ƏDƏBİYYAT
A- A+

Xalq şairi Sabir Rüstəmxanlının 70 illik yubileyi qeyd olunub

Mayın 25-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq şairi Sabir Rüstəmxanlının anadan olmasının 70 illik yubileyi qeyd olunub.

Adalet.az xəbər verir ki, tədbiri, Azərbaycan Yazıçılar Birliyinin katibi, şair İlqar Fəhmi açaraq Sabir Rüstəmxanlının həyat və yaradıcılığından söz açıb. Bildirib ki, Sabir Rüstəmxanlı vətənpərvərlik, azərbaycançılıq şeirləri ilə milli ədəbiyyatımızda xüsusi yer tutur. Onun əsərləri Azərbaycan dilinin və bədii fikrinin zənginləşməsi baxımından seçilir, eyni zamanda, milli dəyərlərimizi və tariximizin taleyüklü anlarını özündə əks etdirir.

Türkiyənin Böyükşəhər bələdiyyəsi rəhbərinin mədəniyyət üzrə müşaviri, şair-publisist Özcan Ünlü, Tatarıstanın Xalq Şairi Robert Minluri çıxış edərək S.Rüstəmxanlı yaradıcılığından danışıblar. Şairin əsərlərinin insanlığa, dünyaya, həyata bağlılıq aşılayan şeirlərindən bəhs ediblər. 

Bildirilib ki, S.Rüstəmxanlının "Ömür kitabı”, "Gəncə qapısı”, "Sağ ol, ana dilim!”, "Qan yaddaşı” kitabları, "Bütövlük”, "Didərginlər”, "Cavad xan”, "Orxonla görüş”, "Atamın ruhu”, "Xətai yurdu”, "Göy Tanrı”, "Ölüm zirvəsi (Cavad xan)”, "Difai fədailəri”, "Sunami” və başqa əsərləri bir sıra dillərə tərcümə olunub.

Sonda çıxış edən şair tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib, eləcə də sevilən şeirlərini səsləndirib. 

Daha sonra tədbir konsert proqramı ilə davam edib.