adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
26 May 2016 14:31
17459
ƏDƏBİYYAT
A- A+

Məşhur yazıçı rus kinolarına qiymət verəcək

Məşhur fransız yazıçı, tənqidçi, ssenarist Frederik Beqbeder 24-cü Rusiya Kino Festivalının münsiflər heyətində təmsil olunacaq. Adalet.az Rusiya mətbuatına istinadən bildirir ki, 22-27 noyabrda keçiriləcək festival Fransada keçirilən rus filmlərinin qiymətləndirməsi hesab edilir.

Festivalın təşkilatçılarından olan Yelena Kvasova-Düffor Beqbederin ən uyğun münsif olduğunu deyib. Onun sözlərinə görə, Beqbeder qədər əcnəbi olub Rusiyanı, onun tarixini, mədəniyyətini, ədəbiyyatını tanıyan adamlar nadir hallarda rastlanır.  

Beqbederin özü isə Rusiya ədəbiyyatının vurğunu olduğunu söyləyir. Ən sevdiyi əsərlər: Fyodr Dostoyevskinin "Cinayət və cəza”, Mixail Bulqakovun "Ustad və Marqarita”, Boris Pasternakın "Doktor Jivaqo”əsəri, eləcə də Anton Çexovun hekayələridir.