adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
25 May 2016 17:07
36194
HÜQUQ
A- A+

Məhkəmə Qulu Məhərrəmlinin jurnalistə qarşı iddiasını icraata qəbul etməyib

Nəsimi rayon Məhkəməsində telejurnalist Qulu Məhərrəmlinin İTV-nin əməkdaşı Rauf Rəcəbova qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.

 

R. Rəcəbovun vəkili Elnur Quliyevin verdiyi məlumata görə, məhkəmə işi icraata qəbul etməyib. Hakim bildirib ki, iddia əsassız olduğu üçün icraata qəbul edilmir.
 

Qeyd edək ki, Q. Məhərrəmli R. Rəcəbova qarşı xüsusi ittiham qaydasında iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət edib. Q. Məhərrəmli iddia ərizəsində "AzTV"nin onun barəsində çəkdiyi videoda R. Rəcəbovun ona qarşı təhqir səsləndirdiyini bildirib. Səbael rayon Məhkəməsi isə ərizəni baxılmaq üçün Nəsimi rayon Məhkəməsinə göndərib.