adalet.az header logo
  • Bakı 18°C
25 May 2016 13:54
17266
GÜNDƏM
A- A+

GƏL, AY SULTAN SÜLEYMAN, GORUN ÇATLASIN…

Böyük Britaniyanın baş naziri (adı yadımdan çıxdı) deyib ki, Türkiyə Avropa İttifaqına (it tifağı kimi oxumaq qəti qadağandır) 3000-cü ildən sonra girə bilər, yəni türklər Aİ-ni qulaqlarının ardını görə biləndə görərlər.

Bilirsiniz niyə? Türkiyə 2000-ci ildən sonra sürətlə inkişaf edir və 20-liyə daxil olub və sürətli inkişafı da davam etməkdədir. Avropanın özündənrazı dövlətləri də böhran içində çabalamaqdadır. Və Avropaya qüdrətli Türkiyə deyil, Yunanıstan kimi borc içində itib-batan, torpaqlarını satan Yunanıstan kimi bir Türkiyə lazımdır. Yat deyəndə yatsın, öl deyəndə ölməmək üçün boğazın çəkib yalvarsın.

Ay sizin özünüz öləsiniz!