adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
25 May 2016 00:13
3938
HADİSƏ
A- A+

Ucarda gənci ildırım vurub öldürdü

Ucar rayonunun Bağman kəndində bədbəxt hadisə baş verib.

Adalet.az Report-a istinadən bildirir ki, 28 yaşlı yerli sakin Qürbət Füzuli oğlu İskəndərovu ildırım vurub.

Hadisə zamanı yaxınlıqda olan kənd sakinləri zərərçəkəni Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Həkimlərin səyi nəticəsiz qalıb.

Faktla bağlı araşdırma aparılır.