adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
24 May 2016 23:07
4877
SİYASƏT
A- A+

Avropa İttifaqı sözünün üstündə durmadı

Avropa İttifaqının Türkiyəyə söz verdiyi 3 milyard avro hələ də verilməyib.

Virtualaz.org-un İTAR TASS-a istinadən məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan mayın 24-də İstanbulda Birinci Dünya Humanitar Sammiti çərçivəsində keçirilən mətbuat konfransında deyib.

"Təəssüf ki, Aİ-nin söz verdiyi vəsaitlər Türkiyəyə hələ də verilməyib. Lakin onlar bildirmişdilər ki, iyul ayına qədər 1 milyard avro göndəriləcək. Bu pullar bizə yox, qaçqın düşərgələrinə, ehtiyacı olanlara kömək edəcək", - o deyib.

Ərdoğanın sözlərinə görə, "Türkiyə Avropada ianə yox, dürüstlük gözləyir".