adalet.az header logo
  • Bakı 21°C
24 May 2016 21:04
7913
MƏMLƏKƏT
A- A+

Sabah Bakının bu rayonları qazsız qalacaq

Mayın 25-də Bakının Sabunçu və Xəzər rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Adalet.az-a  verilən xəbərə görə, aşkar olunmuş qaz sızmalarının ləğv olunması, qaz xətlərində aparılacaq təmir işləri, istismarı dayandırılmış qaz xətlərinin şəbəkədən ayrılması və yeni çəkilmiş qaz xətlərinin mənbəyə qoşulması ilə əlaqədar 25 may 2016-cı il tarixdə saat 09.00-dan işlər yekunlaşanadək Sabunçu və Xəzər rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.