adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
24 May 2016 20:16
5493
MƏMLƏKƏT
A- A+

ABŞ-ın qərarı manatın məzənnəsinə güclü təsir edəcəkmi?

ABŞ Federal Ehtiyat Sisteminin (FRS) uçot dərəcəsini artırması Azərbaycanın maliyyə bazarına və manatın məzənnəsinə güclü təsir etməyəcək.

Adalet.az-ın Trend-ə istinadən məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, FRS-in qərarı manatın ABŞ dollarına nisbətdə məzənnəsinə təsir edən fundamental faktor deyil.

E.Rüstəmob bildirib:

"Daha böyük faktorlar neftin qiyməti, Azərbaycanla qonşu ölkələrdə valyutanın məzənnəsi, eləcə də Azərbaycanın hazırda kifayət qədər sabit olan tədiyə balansının durumudur”.