adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
24 May 2016 18:24
4031
HADİSƏ
A- A+

Tərtər və Goranboyda top mərmiləri zərərsizləşdirilib

Tərtər rayonunun Cəmilli kəndinin əkin sahələrindən aşkarlanan top mərmisi zərərsiləşdirilib. 


Adalet.az-ın xəbərinə görə, 122 mm-lik OF56 markalı top mərmisi kəndin otlaq sahəsində aşkarlanıb. Hadisə yerində axtarış təmizləmə işləri aparan Beynəlxalq Avrasiya Mətbuat Fondunun İcma Mina Aksiyasının mütəxəssisləri partlamamış sursatı yerindəcə zərərsizləşdiriblər. 


Analoji hadisələr Goranboyun Tapqaraqoyunlu və Tərtərin Əskipara kəndlərində də qeydə alınıb. Daşınması mümkün olmayan hərbi sursatlar yerində zərərsizləşdirilib.