adalet.az header logo
  • Bakı 20°C
24 May 2016 18:51
6697
DÜNYA
A- A+

Gürcüstan-ABŞ hərbi təlimləri başa çatıb

Gürcüstanın Vaziani poliqonunda "Noble Partner-2016" adlı birgə Gürcüstan-ABŞ hərbi təlimləri başa çatıb.
Adalet.az-ın verdiyi xəbərə görə, son təlimlərdə Gürcüstan müdafiə naziri,Gürcüstan Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ABŞ və NATO-nun yüksək çinli məmurları, ABŞ, Böyük Britaniyanın sərfirləri, Gürcüstan prezidentinin məsləhətçisi iştirak ediblər.
Sonda təlim iştirakçıları mükafatlandırılıb.
Qeyd edək ki, "Noble Partner 2016" təlimləri artıq ikinci dəfədir keçirilir. Məqsəd gürcü hərbi birləşmələrinin NATO standartlarına uyğun hazırlıq səviyyəsinin yüksəldilməsidir.