adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
24 May 2016 17:30
5478
GÜNDƏM
A- A+

Zakir Həsənov Nəcməddin Sadıkovu təbrik etdi

Müdafiə naziri, general-polkovnikZakir Həsənovmüdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnikNəcməddin Hüseyn oğlu Sadıkovu 60 illik yubileyi münasibətilə təbrik edib.

Bu barədə Adalet.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Təbrikdə deyilir:

"Sizi60 illik yubileyinizmünasibəti ilə səmimi-qəlbdən təbrik edir və ən xoş arzularımı bildirirəm.

Ümummilli liderimizHeydər Əliyevtərəfindən əsası qoyulmuş Azərbaycan ordusu qısa müddətdə böyük inkişaf yolu keçmiş, möhtərəm prezidentimiz cənabİlham Əliyevin rəhbərliyi altında əcdadlarımızın tarixi hərbi adət-ənənələrini yaşadaraq ölkəmizin müdafiə qüdrətinin artınlmasında böyük nailiyyətlər əldə edib.

Əminəm ki, bundan sonra da xidməti vəzifələrinizi layiqincə yerinə yetirəcək, qarşıya qoyulmuş tapşırıqların uğurla həyata keçirilməsində, ordumuzun inkişafı və daha da qüdrətlənməsi naminə Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsində, ixtisas biliklərinə dərindən yiyələnməsində və hərbi intizamının möhkəmləndirilməsində səylərinizi daha da artıracaqsınız.

Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və xidmətinizdə yeni müvəffəqiyyətlər arzulayıram".

Digər Xəbərlər