adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
24 May 2016 16:56
4205
GÜNDƏM
A- A+

Küllü miqdarda siqaret müsadirə edilib

Xaçmaz Gömrük İdarəsinin əməkdaşları 4 fakt üzrə 40 600 ədəd siqaretin qaçaqmalçılıq  yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb. Adalet.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən məlumatına görə, Rusiya  Federasiyası istiqamətindən "Samur” gömrük postunun gömrük nəzarəti zonasına daxil olan avtomobillərə baxış keçirən gömrükçülər nəqliyyat vasitələrinin salonlarındakı gizli saxlanc yerlərindən gömrük orqanına əvvəlcədən bəyan olunmayan külli miqdarda - 40 600 ədəd müxtəlif markalı siqaretlər aşkar edib.

 

Bütün faktlarla bağlı araşdırma aparılır.