adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
24 May 2016 16:12
7926
ƏDƏBİYYAT
A- A+

Sabir Rüstəmxanlının 70 illik yubileyi qeyd olunacaq

Mayın 25-də Akademik Milli Dram Teatrında xalq şairi Sabir Rüstəmxanlının 70 illik yubileyi qeyd olunacaq. 


Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edəcək, Sabir Rüstəmxanlının həyat yolu, fəaliyyəti və yaradıcılığından söhbət açılacaq, şeirləri səsləndiriləcək.

 

Qeyd edək ki, çoxsaylı ədəbi mükafatlara layiq görülmüş şairin uzun illər ərzində "Ömür kitabı", "Gəncə qapısı", "Sağ ol, ana dilim!", "Qan yaddaşı" və digər şeir kitabları, "Bütövlük", "Didərginlər", "Cavad xan", "Orxonla görüş" poemaları, "Atamın ruhu", "Xətai yurdu", "Göy Tanrı", "Ölüm Zirvəsi (Cavad xan)", "Difai Fədailəri”, "Sunami” romanları işıq üzü görüb. Bu əsərlərdən bir çoxu dünya xalqlarının dillərinə tərcümə olunub.