adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
24 May 2016 16:00
10190
MARAQLI
A- A+

1,5 milyonluq İNƏK

Amerikalı fermer Yakob Ceyn fermasında olan "İrronland” nəslindən olan cins inəyini 1, 5 milyona Sahibli Heyvanlar Auksiyonuna çıxarıb. Bu inəyin özəlliyi isə onun  bol süd verməsindədir. İnəyin sahibi bildirib ki, "İrronland”-ın gələcək yiyəsi ödədiyi pulu yeddi il müddətində çıxara biləcək: "Bu inək gündə 55-60 litr süd verir. On ay sağılır. Hətta boğaz olduğu vaxtda da. Dörd ilə kimi iki bala versə, bu o deməkdir ki, yeddi il müddətinə 1,5 milyon dolları çıxarmaq mümkündür. Çünki, bu növ inəklərin südü digər inəklərinkinə nisbətən 4 dəfə baha satılır. Südün yağlılığı və zülallığı olduqca yüksəkdir. Balalarını isə ən azından bir neçə yüz minə satmaq mümkündür”.