adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
24 May 2016 15:04
11991
MƏMLƏKƏT
A- A+

BDU-da elmi-praktik konfrans keçirildi - Fotolar

Ceyhun Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 noyabr 2015-ci il tarixli 1538 saylı Sərəncamnına əsaslanaraq çagdaş jurnalistika sahəsində prioritet məsələləri üzə çıxarmaq, aparılan elmi-tədqiqat işlərini müasir elmin tələblərinə uyğun yönəltmək, əldə olunan elmi nəticələri müzakirə etmək məqsədilə Bakı Dövlət Universitetinin rektoru akademik Abel Məhərrəmovun R-52 10.05.2016-ci il tarixli əmrinə əsasən Mətbuat Şurasının dəstəyi ilə jurnalistika fakültəsində "Azərbaycan jurnalistikasının inkişaf xüsusiyyətləri milli tarix və təcrübə kontekstində” adlı elmi-praktik konfran keçirilib. 

Konfransı giriş sözü ilə jurnalistika fakültəsinin dekanı prof. Ş.Vəliyev açaraq tədbirin modertotulugunu fakültənin elmi işlər üzrə dekan müavini dos.Sevinc Əliyevaya tapşırdı. Dos.Sevinc Əliyeva tədbirin yuksək səviyyədə keçirilməsində fakültəyə daim dəstək olan öz yardımını əsirgəməyən Mətbuat Şurasının sədri Əflatun Amaşova söz verdi. 

Daha sonra Respublika Arxiv İdarəsində Ədəbiyyat və incəsənət arxivinin şöbə müdiri Aslan Kənan, Mətbuat tarixi kafedrasının professoru Nəsiman Yaqublu, millət vəkili Aqil Abbas, Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, prof.Cahangir Məmmədli cixiş etdilər. 

Tədbirdə həmçinin C.Hacıbəyli haqqında tələbələrin hazırladığı kiçikhəcmli film də nümayiş etdirildi. Tədbirin sonunda dos.Könül Niftəliyevanın baş redaktoru olduğu "Jurnalist” qəzetinin növbəti nömrəsinin çapdan cıxması ilə əlaqədar Mətbuat Şurasının sədri Əflatun Amaşovun şəxsi təşəbbüsü ilə qəzetin ərsəyə gəlməsində xidmətləri olan tələbələrə qonarar da verildi.