adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
24 May 2016 14:19
12569
KRİMİNAL
A- A+

Mənzildən 20 min manat və 15 min dollar dəyərində qızıl oğurlanıb

 Bakıda mənzildən külli miqdarda pul və qızıl oğurlanıb.

 

Yasamal Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə rayonun D. Bünyadzadə küçəsi ev 178 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1974-cü il təvəllüdlü Əjdər Alxas oğlu Rəhimovun evindən açıq pəncərədən keçməklə 20 min manat və 15 min ABŞ dolları dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

 

Faktla bağlı araşdırma aparılır.