adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
24 May 2016 12:42
17905
MƏMLƏKƏT
A- A+

Şadlinskilər və Şəddadilər kimlərdir?!

Azərbaycanın Gəncə, Goranboy, Qarabağ və Qərbi Azərbaycanın Vedi, Divin bölgələrində yaşayan Şadılılar (Şadlinskilər və Şəddadilər) kimlərdir?!

Tarixi qaynaqlardan məlumdur ki, Azərbaycan ərazisində bir çox tayfalar, qəbilələr,eləcə də bir çox dinlərin və millətlərin nümayəndələri yaşayıblar.

935-ci ildə Şadılılar Araz və Kür çayları arasında, antik dövrdə "Antopatan”adlanan coğrafi bölgənin quzeyində yerləşən və daha sonra "Aran” adlanan bölgədə, 951-1064-cü illərdə hökmüdar olmaqla, 1174-cü ilə qədər bir dövlət – "Şəddadilər” dövləti yaratdılar. Bu dövrdə Şaddadilərin ağsaqqalı Şadı bəyin oğlu Məhəmməd Divin xalqının dəstəyi ilə bölgəni ələ keçirib 951-ci ildə müstəqillik elan etdi.

(Vəli Saltik – "Şadilər və Köçkiriler”,2011-ci il Ankara)


1174-cü ildə gürcülər Qafqazda yaşayan xaçpərəstlərlə birləşərək Şəddadiləri məğlub etdilər. Bu zaman Şadılıların əksəriyyəti Gəncə və Qarabağ bölgələrindən qonşu dövlətlərə – Türkiyənin Bingöl-Kığı, Tunceli-Mazagirt, Kars, Şanlıurfa, Kahraman-Maraş və Azərbaycanın Xorasan bölgələrinə, Qara dəniz sahillərinə köç etdilər, sonralar 1198-ci illərdə Qərbi Azərbaycanın Vedi, Divin bölgələrində yaşayan Şadılıların əksəriyyəti İraq və Suriya bölgələrinədə köç etdilər. Van tarixi yazarına görə Şadılılar əslən türk olub 4 qardaşdan törəyiblər:

1. Cəlal adlı qardaşdan törəyən Cəlalilər – Van və Bəyazitdə yerləşiblər;

2. Heydər adlı qardaşdan törəyənlər– Tunceli, Kığı Ağrı tərəfdə yerləşiblər;

3. Mil adlı qardaşdan törəyənlər – Millilər adı altında müxtəlif bölgələrdə yerləşiblər;

4. Şadi adlı qardaşdan – Şadılılar əmələ gəlib. Şadılılar müxtəlif bölgələrdə yaşayırdılar. Beləliklə, Şəddadilər dövləti iflasa uğrayandansonra dünyanın bir çox bölgələrinə dağılıblar.

Bir çox tayfalar və millətlər əslən türk olan Şadılıların kürd və başqa tayfalardan olduqlarını sübut etməyə çalışırlar. Ancaq tarixi faktlar göstərir ki, Şadılıların başçısı Şadi bəyin tərəfdarları eləcə də, onun davamçılarından olanFidulin və digərləri, türklərlə birlikdə başqa dövlətlərlə vuruşmuşlar, hətta Şəddadi dövlətinin çətin vaxtlarında türklərin onların köməyinə gəldikləri tarixçilər tərəfindən yazılır.

Ancaq bəzi insanlar Səlahəddin Eyubinin kürd olduğunu deyirlər və bunun da guya onun özünün dilindən yazıldığını qeyd edirlər. Əslində isə tarixdən və bizim nəslimizin əcdadlarından məlumdur ki, Qərbi Azərbaycanın Divin, Vedi bölgələrində o dövrdə yaşayan Şadılılar məhz Gəncədə Mərkəz olmaqla Şəddadilər dövlətini yaradan Şadılılar olmuşlar. 1130-cu ildə Səlahəddin Eyubinin babası Şadı oğlu Eyub tayfası ilə birlikdə qırğından xilas olmaq üçün Divin şəhərini tərk edərək İraqa gediblər. O tayfa Bağdadda Bəhruzun qulluğuna qatılıblar. Onlara Turqut qalasını qorumaq həvalə olunub (V.Minorski, səh. 131).

1198-ci ildə Şadi bəyi Şahin Şah gürcülərlə müharibədə uduzur və Şəddadilər dövləti tamamilə çökür. Bu tarixdən sonra Ani gürcü kraliçası Tamaranın tabeliyinə keçir və Şadılıların bir hissəsi Xorasana köçür.

Şadılılar Gəncədən də Xorasana köçməyə məcbur oldular. O vaxtlar Şah İsmayıldan sonra Səfəvilər taxtına sıra ilə:

1) Şah Təhmasib (1524-1576);

2)Şah Məhəmməd (1576-1587);

3) Şah Abbas (1587-1628)padşahlıq ediblər.

Şah Abbasın dövründə o ölkəni qorumaq üçün Azərbaycandan qaçmış Şadılıları və kürdləri silahlandırıb sərhədə yerləşdirirdilər. Onların əksəriyyətini məcbur edirdilər ki, şiyəliyi qəbul etsinlər. Burada yerləşdirilən qaçqınlar bir-birinin dilini və adət ənənələrini qəbul edirdilər.

Bu dövrdə Gəncədən gəlmiş Şadılıların əksəriyyəti Xorasan əyalətinin Dağan vilayətininYusifcanlı obasında anadan olmuş Şadılı elinin ağsaqqalı – İbrahim xan, Şadılı elinin elbəyi və şah Abbasınsərkərdəsi olmuşdur. Sonralar İbrahim xanın oğlu Cəfərqulu bəy Şadılıya Şah Abbas tərəfindən xan rütbəsi verilib. Daha sonralar isəCəfərqulu xan Şadılı Şadılı elinin elbəyi və Nadir şahin sərkərdəsi təyin edilib.

(Ənvər Çingiz, "Şadlı eli” 1 (33.2010, səh.51))

Cəfərqulu xan Şadılının Nəcəfəli xan Şadılı adlı oğlu olub.

Sonradan Səfəvilər dövləti müharibələri uduzduğuna görə yenədə köçkünlər Xorasandan Türkiyəyə və Qərbi Azərbaycanın Vedibasar bölgəsinə, bəziləri isə Gəncəyə, onun yaxınlığındakı Goranboy bölgəsinə və Bərdə bölgəsinə köç ediblər. Maraqlı hal orasıdır ki, Şadılılar istər Xorasan bölgəsində, istər Türkiyədə və ya Suriyada yaşadıqları yerlərə və kəndlərə Şadılı adı vermişlər.

Sonradan bu adlar bir az təhrif olunsada "Şidli”, "Şadılı”, "Şatırlı”, "Şəddadi” adlarını saxlamışlar. 1400-cü illərin axırı 1500-cü illərin əvvəli və ya axırlarında Vedibasar bölgəsinə qayıdan Şadılıların haqqında mən "Şadlinskilər”, (Şəddadilər və Şadılılar) kitabında ətraflı yazmışam. Vedibasara qayıdan Şadılılarınbəziləri xan, bəzilərisultan və sonradan bəy tituluna layiq görülüblər. Mən Vedibasar Şadılılarının səcərəsini qısa da olsa oxuculara çatdırmaq istəyirəm 

Səcərə 2

1500-cü ilin axırında Cəfərqulu xanın övladları Xocasandan Qərbi Azərbaycanın Vedi Mahalına köç edirlər. Nəcəfəli xanın oğlu Cəfərqulu xanın nəvəsinin Binnətalı Sultan adlı oğlu yenidən Vedi Mahalında Şadılıları bir araya toplayıb. Onun Aslan Sultan və Fətixan adlı iki oğlu dünyaya gəlib.

Səcərə 3


Bu oğlanlar böyüyərək Vedi Mahalında hörmət sahibi olublar. Böyük oğul – Aslan Sultan Vedi çuxuruna rəis olub. Fətixan isə Vedibasar bölgəsində su təsərrüfatı məsələlərinə sahib çıxıb. Sonralar "Gülüstan” və "Türkmənçay” müqavilələrinin iştirakçısı olan Aslan Sultan Şadılı böyük nüfuz sahibi olub və 1808-ci ildə rus canişini Paskeviçlə görüşüb. Və o dövrdə o, İmperator qoşunlarının bu bölgədə yaşayan türkləri qırmasına yol verməyib. Bir müddətdən sonra Aslan Sultan Şadılını Vedi Mahalına yenidən rəis təyin ediblər. Beləliklə, rus işğalı dövründə bizim Şadılı nəslinin soyadını Şadlinskilərə dəyişiblər. Ona görə də mən Vedibasar elində yaşayan Şadlinskilər səcərəsini qısaca da olsa oxuculara təqdim edirəm .

Səcərə 4

Sovet hakimiyyəti qurulduqdan sonra ermənilər Mikoyanın, Tovmosyanın, Myasnikyanın və Baqramyanın təsirləri altında, bilavasitə onların havadarlıqları və iştirakları ilə yenidən Qərbi Azərbaycanda yaşayan azərbaycanlıları mərhələ-mərhələ öz doğma ata-baba yurdlarından didərgin salmağa başladılar. Bu sürgünlər 1917-1920, 1931-1944 və 1948-1951-ci illərdə ermənilər və Lenin-Stalin-Mikoyan rejimi vasitəsilə həyata keçirildi. Nəhayət, 1988-1990-ci illərdə Moskvada SSRİ-nin rəhbəri Mixail Qorbaçovun əlaltı köməkçiləri olan Şahnazaryan və Aqanbekyanın, eləcə də digər erməni diktatorlarının təsirləri altında bilavasitə Qarbaçovun başçılığı ilə 200 mindən artıq azərbaycanlınişgəncələrə uğradaraqQərbi Azərbaycandan qovdular, Ermənistanda tam etnik "təmizləmə”apardılar. Onlardan çox hissəsi Bakı-Şirvan-Muğan bölgəsinə,bir hissəsi isə Amur vilayətinə köç etdilər. Şadlinskilərin böyük əksəriyyəti 1948-ci ildə, qalan hissəsi isə 1988-ci ildə ata-baba yurdlarından didərgin düşərək, indiki müstəqil Azərbaycanın bütün bölgələrinə və Rusiyanın şimal hissəsinə dağıldılar. Statistik məlumatlara görə, bizim nəsildən olan 10 mindən çox ailə Azərbaycanda dağınıq şəkildə müxtəlif rayonlarda yaşayırlar. Mən əminəm ki, vaxt gələcək biz yenidən Dövlət başçımız İlham Əliyevin uğurlu siyasəti nəticəsində Qərbi Azərbaycana – öz ata-baba yurdumuza qayıdacağıq.

Ona görə də mən Azərbaycan xalqını və bütün Şadlinskiləri hörmətli Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşməyə və torpaqlarımızın azad olunması uğrunda mübarizəyə çağırıram.

Vaqif Şadlinski

Əməkdar elm xadimi, professor