adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
24 May 2016 12:01
4011
SİYASƏT
A- A+

Komitə sədrinin Qobustanda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişib

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyevin Qobustan şəhərində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlində nəzərdə tutulan qəbul günü dəyişdirilərək mayın 27-dən mayın 26-a keçirilib.

 

Komitənin Mətbuat Xidmətindən verilən məlumata görə, A. Əliyev mayın 26-da saat 11:00-da Qobustan şəhərində Gənclər Evində (Təzə məhəllə) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

 

Qəbul zamanı bölgədə yerləşən rayonların - Qobustan, Şamaxı, Ağsu, İsmayıllı rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

 

Qəbulda iştirak etmək istəyən vətəndaşlar mayın 25-I saat 11:00-dək 195 Çağrı Mərkəzi, DGK (əlaqələndirici şəxs - Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Sumqayıt Baş Gömrük İdarəsi (əlaqə telefonu: (018) 655-16-19) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.