adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
24 May 2016 11:33
10887
KRİMİNAL
A- A+

Bakıda qadını soyan şəxslər tutuldu

Bakıda soyğunçuluqla məşğul olan şəxslər tutulub. Adalet.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Xətai RPİ 35-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 7-də Bakı şəhər sakini Bahar Vəlizadəyə məxsus içərisində 102 manat, açar və mobil telefon olan pul kisəsini açıq talama yolu ilə almış Cəbrayıl rayon sakini Yunis Mehdiyev və Ağdam rayon sakini Sahib Haqverdiyev tutulub. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların daha bir paytaxt sakininə məxsus içərisində 140 manat pul, mobil telefon, sənəd və açarlar olan çantanı soyğunçuluq yolu ilə almaları da müəyyən edilib.