adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
24 May 2016 10:55
6037
DÜNYA
A- A+

Sabiq prezident xəstəlik adı ilə ölkədən qaçdı - İngiltərədən sığınacaq aldı

Maldiv adalarının sabiq prezidenti Məhəmməd Naşid Avropaya mühacirət edib.

Hind okeanında yerləşən turistik müsəlman ölkəsinə xeyli müddət rəhbərlik etmiş M.Naşidin İngiltərədə sığınacaq aldığı açıqlanıb.

Bildirilir ki, M.Naşid keçən il ölkəsində terrorla mübarizə qanunlarının tələbləri əsasında həbs edilmiş və məhkəmə ona 13 il iş vermişdi. Daha sonra onurğasında problemlərin olduğunu bildirən sabiq prezident ölkəsinin yeni rəhbərliyindən İngiltərədə müayinə olmaq üçün icazə alıb və Qərbi Avropa ölkəsinə gedib. O, sığınacaq məsələsini də həll edərək, birdəfəlik İngiltərədə qalıb.