adalet.az header logo
  • Bakı 13°C
24 May 2016 10:36
3106
HADİSƏ
A- A+

Bakı və Sumqayıtda yanğın olub

Gecə saatlarında paytaxtda və Sumqayıtda yanğın faktları qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 77 kv.m olan birmərtəbəli 3 otaqlı evin və bitişik talvarın yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur.

Yanğın saat 01:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Sumqayıt şəhərində isə çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 75 kv.m olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 kv.m sahədə yanıb. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Yanğınsöndürənlər tərəfindən binadan 10 nəfər sakin təxliyyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 02:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.