adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
24 May 2016 02:00
6642
DÜNYA
A- A+

Terror həyəcanı ilə bağlı 12 məktəb bağlandı

ABŞ-da partlayış təhlükəsi ilə əlaqədar 10-dən çox məktəb bağlanıb.

Adalet.az-ın  RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Kolorado, Ayova, Montana və Konnektikut ştatlarında 9 təhsil ocağının şagird və müəllimləri təxliyə olunub.

Kaliforniya, Nyu-York və Vaşinqton ştatlarında yerləşən daha 3 məktəb bağlanıb, ərazi polis tərəfindən əhatəyə alınıb.
Partlayış təhdidi ilə bağlı məlumatların mənbəyi hələ ki, müəyyən edilməyib. İlkin məlumata görə, təhlükə kəsb edən məlumat telefon vasitəsi ilə yayılıb.

Rüfət Soltan