adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
24 May 2016 01:45
6738
İDMAN
A- A+

Samuel Armenteros “Qarabağ”dan getdi

"Qarabağ" futbolçusu Samuel Armenterosla yolları ayırıb.

Adalet.az  bildirir ki, Qol.az-ın xəbərinə görə, klub futbolçu ilə müqaviləni uzatmamaq qərarı verib. Bu səbəbdən futbolçu çempionat başa çatan kimi komandadan ayrıldığını bildirib. Armenteros ozünün "Twitter" səhifəsində artıq azad agent olduğunu yazıb.

O, azad transfer statuslu oyunçu olmağından məmnunluq duyduğunu yazıb.

Qeyd edək ki, Samuel Armenteros "Qarabağ"a 2015-ci ilin yayında keçib. O, Ağdam təmsilçisi ilə 1+1 illik müqavilə imzalamışdı. Bu ilin yanvarından o, az halda oyunlara çıxıb. Armenteros mövsüm ərzində 23 oyuna 7 qol vurub.

Baş məşqçi Qurban Qurbanovun istəyi ilə futbolçu ilə müqavilənin müddəti uzadılmayıb və kubokun final oyunundan sonra onun rəsmən "Qarabağ"dan göndərilməsi qərara alınıb.