adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
23 May 2016 22:32
11364
KRİMİNAL
A- A+

Bakıda kütləvi dava olub, yaralılar var

Bakıda kütləvi dava olub.

Adalet.az xəbər verir ki, Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsindən APA-ya verilən məlumata görə, hadisə Bilgəh qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakinləri - 1973-cü il təvəllüdlü Seymur Kamil oğlu Babayev, 1993-cü il təvəllüdlü İxtiyar Yusif oğlu Məmmədov, 1991-ci il təvəllüdlü Tərlan Şamil oğlu Quliyev və 1975-ci il təvəllüdlü Gülnarə İbrahim qızı Babayevanın iştirak etdiyi davada onlar bir-birilərinə xəsarət yetiriblər.

Dava iştirakçılarından T. Quliyev və İ. Məmmədov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.