adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
23 May 2016 19:02
3058
HADİSƏ
A- A+

Daşkəsəndə güclü qasırğa olub

Daşkəsən rayonunda yağışla müşahidə olunan güclü qasırğa olub. 


Adalet.az-ın verdiyi məlumata görə, təxminən saat 18 radələrindən başlayaraq Daşkəsən rayonunun mərkəzində güclü külək və yağışla müşahidə olunan qasırğa başlayıb. Təbii fəlakət nəticəsində rayon mərkəzində olan ağaclardan bir neçəsi aşaraq elektirk naqillərini qırıb. Həmçinin ağac bir avtomobilin üzərinə düşərək maşını yararsız hala salıb. Güclü külək elektrik dirəklərinin bir neçəsini aşırıb.

 

Hazırda Daşkəsən şəhərinin yarısı elektrik enerjisiz qalıb. Qasırğa bir neçə yaşayış binasının dam örtüyünü atıb.

 
Rayon İcra Hakimiyyəti aparatından bildirilib ki, təbii fəlakətin vurduğu ziyan müəyyənləşdirilir.