adalet.az header logo
  • Bakı 19°C
23 May 2016 18:33
3711
SİYASƏT
A- A+

Azərbaycanın Misirdəki səfiri etimadnaməsini prezidentə təqdim edib

Azərbaycanın Misirdəki səfiri Tural Rzayev bu ölkənin prezidenti Əbdülfəttah Sisi tərəfindən qəbul edilib.

 

Səfirliyin mətbuat xidmətindən verilən məlumata görə, T. Rzayev etimadnaməsini Ə. Sisiyə təqdim edib. Azərbaycanın qədim dövlət ənənələrinə malik olduğunu, Şərqdə ilk respublika qurduğunu, müstəqil siyasət yürütdüyünü, regionda aparıcı və güclü dövlət olduğunu vurğulayan səfir əsas missiyasının Misir və Azərbaycan arasındakı əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsi və dərinləşdirilməsi olduğunu bildirib.


Ə. Sisi də öz növbəsində Misirin Azərbaycanla əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu söyləyib. O, T. Rzayevə fəaliyyətində uğurlar arzulayıb.
 

Görüşdə Misirin xarici işlər naziri, Prezident Aparatının məsul şəxsləri iştirak ediblər.