adalet.az header logo
  • Bakı 11°C
23 May 2016 17:55
3729
HADİSƏ
A- A+

Gəncə qənnadı fabrikində yanğın

Gəncə qənnadı fabrikində yanğın baş verib.

Adalet.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Gəncə şəhəri, Nizami rayonunda vətəndaşa məxsus hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 6300 kv.m (hər mərtəbəsi 1260 kv.m) olan beşmərtəbəli Gəncə Qənnadı ASC-nin anbarının 3-cü mərtəbəsində 50 kv.m sahədə plastik tullantıları yanıb.

Anbarın qalan hissəsi yangından mühafizə olunub.

Yanğın saat 15:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.