adalet.az header logo
  • Bakı 13°C
23 May 2016 17:29
4968
MƏMLƏKƏT
A- A+

“Sovetski”də 21 tarixi yaşayış evi və 2 mədəniyyət abidəsi söküləcək - Rəsmi

Bakı şəhərinin Baş Planına əsasən "Sovetski” adlanan ərazidə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri siyahısında yer almış 21 yaşayış evi və 2 abidə söküləcək.

Bu, Nazirlər Kabinetinin "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” qərarında etdiyi dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, söküləcək yaşayış evləri və mədəniyyət abidələri "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”ndan çıxarılıb.

Sökülməsinə qərar verilmiş abidələrindən biri M. Muxtarov küçəsi, 83 ünvanında yerləşən, 1888-ci ildə tikilmiş hamamdır. Həmin hamamın binasında Dövlət Yuğ Teatrı yerləşib. Digər abidə isə Bakının Nərimanov rayonunda S.Rəhimov və A.Şaiq küçələrinin tinində yerləşən, XIX əsrin sonunda tikilmiş Şollar su kəmərinin su yayma qülləsidir.

Söküləcək tarixi yaşayış evləri isə Yasamal rayonunun ərazisindədir. Bu yaşayış evləri 1885-1916-cı illərdə tikilib.