adalet.az header logo
  • Bakı 13°C
23 May 2016 15:02
11063
KRİMİNAL
A- A+

Vətəndaşlara qarşı dələduzluq edən qrup zərərsizləşdirilib

Zaqatalada vətəndaşlara qarşı dələduzluq  edən qrup zərərsizləşdirilib.

 

Rayon Polis Şöbəsindən verilən məlumata görə, rayon sakinləri Kərim Qaziyevin, Məmməd Mülkümovun və Ramazan Çobanzadə polisə şikayət edərək, Natiq Muradov və Arzu Alırzayevin onları aldatdıqlarını bildiriblər. Şikayətçilərin bu yolla 42 min manat pullarının mənimsənməsinə dair müraciəti əsasında cinayət işi başlanıb.

 

Həyata keçirilən tədbirlər nəticəsində Arzu Alırzayev və qrupun digər üzvləri Laçin rayon sakinləri Elbrus Xəlilov, Əfqan Təhməzov və Ağdam rayon sakini Mahmud Quliyev tutulublar.