DİLİM-DİLİM OLASAN, DİLİM…

AQİL ABBAS
225768 | 2016-05-26 14:20



Əlimdə «Aydınyol» qəzeti var. Xoşladığım qəzetlərdən biridi,maraqlı qəzetdi, izləyirəm. Qəzetdə son zamanlar«Azərbaycan dilinin orfoqrafiya lüğəti»ndən çıxarılan sözlərintəsnifatı verilir. Çox gözəl. Dilimizə yad olan, dilimizə yatmayan, dilimizəyamaq olan sözlər çıxarılsın və dilimiz təmizlənsin.Amma necə?

Təəssüf ki, əvvəlkilərlə maraqlanmamışdım, amma 13 may nömrəsində çıxarılansözlərə diqqət göstərdim. Vaxt olsa, çalışıb əvvəlkilərə də nəzər salacam.

Türkiyə Cümhuriyyətiqurulandan sonra qardaşlarımız bir Dil qurumukomitəsi yaratdılar. Bu komitə türkdilində işlədilən ərəb və fars sözlərinibirmənalı olaraq atdı bayıra və yerinə bir qurama, özü də dilə yatmayan sözlər gətirdilər. Və bir də həmin ərəb-fars sözlərini fransız (xüsusiləfransız), ingilis və digər Avropa xalqlarından alınan sözlərləəvəzlədilər. Gül kimi türk sözü olan«sağ ol»u «mersi», «bağışla» əvəzinə «pardon»,təmiz türk sözü olan və özü də ilk dəfə türklərin icad etdiyi «şalvar» sözünü «pantolon»»,«dəllək» sözünü «küraför» və s. və ilaxır, at gəldi örkən apardı. Hələ bir gülməlisinidə deyim, «yeməkxana»nın adını dəyişib «insanotlaqqaç» qoymuşdular. Sonra dilə oturda bilmədilər. Bir sözlə, dilin anasını ağlatmışdılar və elə ağlaya-ağlaya da qalıb. İndibir türk gənci əsrin əvvəllərindəki yazıçı və şairləri, ya tarixini oxumaq istəsə gərək lüğətdənistifadə eləyə. Halbuki müəyyən sözləridigər türk dillərindən götürə biilərdilər. Və həm də türk dilinə olan bu zərbəTürkiyə türklərini bizlərdən, tatarlardanvə eləcə də digər türk xalqlarından xeyli ayırdı.

İndi deyəsən biz dəbaşlamışıq həmin yolu getməyə. Dilimizdəkiərəb-fars sözlərini atırıq tarixin arxivinə. Əslində bu sözlərin çoxu day ərəbin, farsın deyil. Çoxdanöz yerində oturub və belə demək mümkünsə, özümüzünküləşib, türkləşib.

İndi Orfoqrafiyalüğətindən çıxarılan (hələ mənim gördüyümsiyahıdan danışıram) müəyyən sözləridiqqətinizə çatdırıram.

«Çəpiklik». Dostlar,Azərbaycan dilində «çəpik» sözü var, özü dəərəb-fars sözü deyil, təmiz türk sözüdü, çünki hərəkətbildirir. Dilimizdə hərəkət bildirənbütün sözlər, bildiyimiz kimi, türksözləridi. «Cəld» sözünə sinonimdi. Amma «cəld» sözündən də bir qədərfərqlənir həm də. «Filankəs çəpikadamdı». «Əsgər döyüşdə elə bir çəpiklikgöstərdi ki, sərkərdə də heyran qaldı». Yənibu «çəpik» sözü kimin yerini dar edir ki?

Və yaxud «çıqq»sözü. Əslində «çıqq» sözü də hərəkət bildirir.«Nə təhər təpindilərsə çıqq da eləyə bilmədi»,«çıqqırını çıxara bilmədi».

«Cırıldatma» sözü. «A bala, qapınıcırıldatma». İndi onun əvəzinə nədeyəcəyik?

«Çıtır-çıtır». «Ocaq çıtır-çıtır yanırdı».Xahiş edirəm, bu sözü lüğətdən çıxaranlarbu cümləni düzəltsinlər, mən də savadlanım.

«Budalama»,«budalamaq». İndi ağacı, gülü, təhəngi budalamayaq,deyək ki, qılınclayaq?

«Bezikdirici».«Çox bezikdirici adamdı», «Bir bezikdiricifilmə baxdım», «Bu söz-söhbət məni lap bezikdirdi».İndi bu cümlələri də düzəldin, xahiş edirəm. Bu misalları çox çəkə bilərəm.

"Hələ kef sonradı ey. «Dilqəm» sözünü də çıxarıblar. Özü də özü erməni əsirliyində ola-ola. İndi biz beynəlxalq aləmə onun adını necə təqdim edəcəyik. Məşhur "Dilqəmi" aşıq havasını necə adlandıracağıq?

Söhbət öz evlərinəgetdiyinə görə ermənilərin ömürlük həbs cəzası verdiyi Dilqəm Əsgərovdangedir.

«Dilruba» sözü.«Bir dilrubanın eşqinə». İndi bunu necə deyəcəyik, «əndamı yanmışın eşqinə»?

«Dilşad». Azərbaycandilində nə qədər Dilşad adlı adam var, indi bunları necə çağıracaqlar?

«Dış». «Dış»nə vaxtdan ərəb-fars sözü olub ki? «Dış, dışarı». «A bala, bir dışarı çıx gör bizim inəklər gəlməyib», «Dışarıda bir şaxta var». Deyərsiz«çöl» sözü var, «bayır» sözü var. Bunlar hamısısinonim sözlədi, və hər birinin dildəoturduğu bir yer var.

«Bənövşəli». Bu söz kimin yerini dar edib ey? Adını lüzumsız söz qoyublar. İndi bənövşəli bağlara,çöllərə nə deyəcəyik, bənövşəsiz?

«Bit-birəsiz» və yaxud «bitsiz-birəsiz».Bunu hansı sözlərlə əvəz edəcəksiniz?

«Binəli». Özüdə indiki vaxtda bu adı Orfoqrafiya lüğətindən çıxarmaq?.. Türkiyə ilə bizim aramızı vurmaq istəyirsiniz? Kişini srağagün Türkiyədə AKP-nin genelbaşkanı və başbakanseçdilər. Xətrinə dəyməz?

«Bildirçinbaz»lüzumsuz sözdür ki, qeyd ediblər. Balam, «quşbaz» olar, «qumarbaz» olar, «arvadbaz»olar, «bildirçinbaz» olmaz?

«Cızığındançıxma», «cövlanetmə», «civ-civetmə», «cırtdanboylu»,«cırtqozluqetmə». Burda fellər niyə bitişik yazılır, onu hələ bilmirəm, day bundan sonra cövlan etməyəcəyik, cızığımızdan çıxmayacağıq,cırtqozluq etməyəcəyik və bunlar xoşuma gəldi. Day onsuz da bunları edə bilmirik. Bu cırtdanboyluya nə deyəcəyik ey? Olar, sərçələrədeyərik civ-civ eləməzlər, qarğa kimi qarıldayarlar.

Dialekt və ara sözlərini dəlüğətdən çıxarırlar. Məsələn, deyək ki, «bağır-öfkə», yuxarıda da bir-ikisini yazmışdım. «Qorxusundan bağır-öfkəsi ağzına gəldi».İndi əvəzinə deyəcəyik ki, «ürək-ağciyəri ağzından gəldi»?«Öfkə» «ağciyər» sözünün sinonimidi .

Zaman-zaman şairvə yazıçılarımız dialekt olan müəyyən sözləriədəbi dilə gətiriblər və həmin sözlərdə yaşam haqqı qazanıb. Bu cümləni başqa cür yazmaq istəyirdim, fikirləşdim deyəcəyimsözləri də çıxartmış olarlar biabır olaram.

Məsələn, SəmədVurğunun dilə gətirdiyi dialekt sözlərdənikisini misal çəkim. «Sayrışmaq», «sanballı» və «şütümək». Belə sözləriaxtarsam çox taparam, intəhası («intəhası»nı çıxarmamısınız ki?) vaxt və həvəs.

Xeyli də terminlərçıxarılıb. Terminlərdən ümumiyyətlə, istifadə etmirəm, yazılarımda da çalışıram istifadə etməyim. Ona görə də terminlərdən birsöz deyə bilmərəm, amma termin çıxarılırsadilçilərimiz həmin termin əvəzləyici sözü tapıb yerinə oturtmalıdır.

Dili kasıblaşdırmaq lazım deyil ey, zənginləşdirməklazımdı. Dil manat deyil ki, devalvasiyaya uğraya. Həm də sözü dildənçıxarmaq çox asandı, evi uçurmaqasan olan kimi. Evi uçurtmazlar ey, çətin də olsa tikərlər. Dili dəfəqir-füqəra (bunu da çıxarmamısınız ki?) gününə salmazlar. Dili zənginləşdirərlər.

Day yoruldum. Çalışıb o biri çıxarılan sözlərlə də bağlı müəyyən fikirlərimi söyləyəcəm. Təbii ki, vaxt tapanda.


TƏQVİM / ARXİV