adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
23 May 2016 14:06
7652
ƏDƏBİYYAT
A- A+

Külü iki ölkəyə sovrulan yazıçı

Dünya şöhrətli ispandilli yazıçı, 2 il öncə Meksikada dünyasını dəyişmiş Qabriel Qarsia Markesin külü ölkəsi – Kolumbiyaya göndərilib. Adalet.az xarici mediaya istinadən bildirir ki, Markesin külü yazıçılıq karyerasına başladığı liman şəhəri Kartagenaya gətirilib. Şəhərdə Markesin ailəsi, dostları, sevənləri bir araya toplaşaraq, mərasim təşkil ediblər. Mərasimdə yazıçının xatirəsinə bürünc büstün açılışı edilib və külün bir hissəsi məzar daşındakı xüsusi yerə yerləşdirilib. Qalan hissəsi isə 2014-cü ilə qədər yaşadığı Meksikaya göndərilib.

Dünya ədəbiyyatına kult əsərlər bəxş etmiş Markesin ən məşhur romanı "Yüz ilin tənhalığı”dır. Bundan başqa "Polkovnikə məktub yoxdur”, "Labirintdəki general”, "Qırmızı bazar ertəsi”, "Vəba günlərində eşq”, "Gözlənilən qətlin tarixçəsi” və s. əsərləri ilə milyonların ürəyini qazanıb.

"Magik realizm” cərəyanının öncüllərindən olmuş Markes 1982-ci ildə Nobel mükafatına layiq görülüb.