adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
23 May 2016 13:04
6523
MƏMLƏKƏT
A- A+

Şuranın dəstəyi ilə multikulturalizm müzakirə olundu - Qubada

Qubada AR Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə "Kamillik”Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyi tərəfindən "Müxtəlif mədəni və dinidünyagörüşə malik qrupların vahid vətəndaş cəmiyyətinə inteqrasiyası: mədəni(multikulturalizm) və dini (tolerantlıq) müxtəlifliyin təşviqinin dəstəklənməsi” layihəsiçərçivəsində ilk tədbir keçirilib.

İctimai BirlikdənAzadinform-averilən məlumata görə, tədbirdə çıxış edənQuba rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalayev AR Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirilən layihələrə hər zaman diqqətləyanaşdıqlarını, rayon rəhbərliyinin vətəndaş cəmiyyətinin inkişafına töhfə verəcək bütünaddımları dəstəklədiklərini bildirib.

"Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin sədri Niyaz Niftiyev ARPrezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının milli və dini müxtəlifliklə bağlı bir çoxlayihələrə dəstək verdiyini bildirib: "Bu gün millətlərarası münasibətlərin inkişafı üçün QHT-lər,vətəndaş cəmiyyətləri müxtəlif işlər görür. Dövlət tərəfindən maliyyələşən layihələrin bir hissəsidə, məhz, millətlərarası münasibətlərin inkişafına sərf edildi və yenə də edilməkdədir.Azərbaycanda yaşayan xalqların mədəniyyətləri, dilləri, dinlərinin qorunması üçün layihələrhəyata keçirilir və dövlət tərəfindən maliyyə ayrılır”.

N.Niftiyev bildirib ki, uğurlu multikulturalizm siyasəti olmadan ölkə sabit ola bilməz:"Ölkəmizin birgəyaşayış modelini formalaşdırması və dünyaya təqdim etməsi isə bunun əyanitəzahürlərindəndir. Burada milli mədəniyyətə uğurla inteqrasiya edən müxtəlif xalqlarınnümayəndələri harmonik şəkildə inkişaf edirlər. Bütün dünyada milli və dini münaqişələrfonunda artan anlaşılmazlığa, fobiyaya, qarşıdurmaya yol verməmək üçün tarixi və müasirbirgəyaşayışın Azərbaycan modeli haqqında düşünmək ancaq bəşəriyyətə uğur gətirə bilər”.N.Niftiyev Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda keçirilən beynəlxalq tədbirlər,xüsusən də yaxın keçmişdə baş tutan BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu,Heydər Əliyev Fondunun bu sahəyə qayğısı, təhsil, mədəniyyət siyasəti, Bakı BeynəlxalqMultikulturalizm Mərkəzinin fəaliyyəti və ümumilikdə "Multikulturalizm ili” çərçivəsindədövlətin həyata keçirdiyi işlərdən danışıb.

"Müvəkkil” Hüquq Mərkəzinin sədri, hüquqşünas Səməd Vəkilov insan və vətəndaş hüquq vəazadlıqlarının irqi, milli, dini və digər əsaslara görə məhdudlaşdırılmasının yolverilməzliyiprinsipinin Azərbaycan Konstitusiyası ilə yanaşı, Cinayət, Cinayət-Prosessual, Mülki-Prosessual,Ailə, Əmək məcəllələrində və digər qanunvericilik aktlarında təsbit edildiyini bildirib. S.Vəkilovqeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərin, ocümlədən də milli azlıqların nümayəndələrinin əmək, məşğulluq və sosial hüquqlarınınqorunmasına dövlət nəzarəti bu sahəyə aid olan normativ-hüquqi aktların tələblərinə uyğunhəyata keçirilir: "Azərbaycan Respublikasının cinayət qanunvericiliyi milli zəmində törədiləbiləcək cinayətlərə görə məsuliyyət müəyyən etmişdir”.

Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə azərbaycançılıq ideologiyasınınbirgəyaşayışda rolundan danışıb. O qeyd edib ki, azərbaycançılıq ideyası Azərbaycanda yaşayanvə onu özlərinin ümumi Vətəni hesab edən bütün etnik qrupların konsepsiyası kimi çıxış edir:"Məna və məzmunca bir-birini tamamlayan bu ideyanı, eyni zamanda, zamanın və ölkəərazisində yaşayan bütün xalqların arzularına rəğmən birlik tələbi kimi də dəyərləndirmək olar.Bu, elə bir zamanda irəli sürüldü ki, həqiqətən, dərdinə məlhəm kimi Vətənin də buna ehtiyacıyaranmışdı. Elə bununla da bu ideyanın baş memarı olan Ulu öndər sonun başlanacağınabirdəfəlik son verdi. Demək olar ki, Azərbaycan bütün sahələrdə - daxili və xarici siyasətdə,ictimai-mədəni əlaqələrdə və s. özünün yeni inkişaf dinamikasını müəyyənləşdirmiş oldu”.

Sonda tədbir iştirakçılarına içraçı QHT-nin mövzu ilə bağlı hazırladığı məqalələr və"Azərbaycanda birgəyaşayış və multikulturalizm” kitabı hədiyyə olundu.

Qeyd edək ki, tədbirdə AR Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Katibliyininaparıcı məsləhətçisi Rövşən Həmidov da iştirak edib.

quba-son.JPG

quba_1.JPG

quba_10.JPG

quba_13.JPG

quba-5.JPG

quba_11.JPG

quba_8.JPG

quba-3.JPG