adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
23 May 2016 12:17
6404
ƏDƏBİYYAT
A- A+

Vaqif Səmədoğlunun vəfatından sonra ilk iki kitabı işıq üzü görəcək

Yaxın vaxtlarda mərhum şair Vaqif Səmədoğlunun iki kitabı işıq üzü görəcək. Bu barədə Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin rəhbəri, şair Səlim Babullaoğlu məlumat verib. Qeyd edib ki, kitabın biri fransızca-azərbaycanca (bilinqva) şeir toplusu - "Bir gün təbəssüm olmuşdum" adlanır və Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşridir. Digəri isə "ATV- Kİtab" seriyasından olan "Gürzəçöl yazıları" adlı pritçalar kitabıdır. Hər iki kitabı böyük şairimizin vəfatından sonra ilk kitabları saymaq olar.

Qeyd edək ki, iyunun 5-də keçiriləcək ənənəvi şairlər gününün budəfəki mərasimi də Vaqif Səmədoğluya həsr edilib.