adalet.az header logo
  • Bakı 20°C
23 May 2016 12:08
10546
HADİSƏ
A- A+

Bakıda orta məktəbdə yanğın

Bu gün səhər saatlarında Bakı şəhəri, Xətai rayonunun Qaçaq Nəbi küçəsi 91 ünvanında yerləşən Ayaz Məhərrəmov adına 95 saylı tam orta məktəbdə yanğın hadisəsi baş verib.

Hadisə ibtidai sinif şagirdlərinin dərs keçdiyi korpusda qeydə alınıb. Yanğına görə məktəbdə olan bütün şagirdlər təxliyyə edilib. Xəsarət alan yoxdur.
Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.

Hadisə yerindən fotoreportajı təqdim edirik.