adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
23 May 2016 02:09
15908
MARAQLI
A- A+

Qızıl taxtda dua edən papa

Sosial şəbəkələrdə dolaşarkən təsadüfən bir şəkilə rast gəldim: Yepiskop dua edirdi. Üstünə əyləşdiyi "şirk"in qızıldan olduğunu biləndə isə bu məni təəccübləndirdi. Ona görə yox ki, onun kreslosu qızıldandır. Nə olsun, Dubaydakı şeyxlərin unitazları da qızıldan hazırlanıb, hətta brilliyant qaşlarla da bəzədilib. Artıq bunlardan xəbərim var. Ona görə də Papanın bu təşşəbbüskarlığının arxasında gizlənən "Qızıl taxt” təəccüb yarada bilməzdi. Əsas təəccüb yaradan məsələnin məğzini yazının sonunda özünüz başa düşəcəksiniz.

Kapitalizm dəyərləri təkminləşdikcə dünyada təbəqələşmənin açıq-aydın sezildiyinin şahidi oluruq. Əsas məsələ ondan ibarət deyil ki, bu sosial fərqlənmə bizi narahat edir. Onsuz da dünyaya qarşı üsyan edə bilmərik. Bisnezmenlər, bəxti gətirənlər yaxşı yaşayır. Bil qeytsin dediyi kimi kasıb olaraq dünyadan köçənlərin varisləri padvallarda yaşamağa məhkum olurlar. Nəticədə bəzi varlılar öksüzləri əzir, onların yaşamaq uğrunda mübarizə filminin həm rejissoruna həm də ikinci dərəcəli qəhramanına çevrilirlər. Bu cür yaşamaqdansa ölməyi üstün tutanları da var aralarında. Lakin əsas problem ondadır ki, ölüb ailəsini xərcə salmaqdan və yaxud goruna kəfən tapa bilməməkdən qorxanlar var. Bir də aralarında o biri dünyaya duasız köçməyi kabus hesab edənlərə də rast gəlmək olar. Papa Fransisk öz dualarını yer üzərində yaşayan ölülərin uğrunda səfərbər edir. Allah canını sağ eləsin. Amma gəlin bir hesab çürüdək: Papanın çoxlu qır qızılı, var – dövləti var. İstənilən an yoxsullara yardım əlini uzada bilər. Bəlkə bunu edir, xəbərim yoxdur ancaq mövzunu imicə yönləndirsək onun qızıl taxtında dua etməsi ortadakı səmimiyyətə şübhə yaradır.

"Atamın göru haqqı dualarım içimdən gəlir”

Belə yerdə rəhmətlik Səyavuş Aslan yaşasaydı ona belə deyərdi: "Yalansa Fransiski ilan vursun dilünnən”.

O 300-lərin ölmüşünə səni elə o dünyada qızıl suyunda bişirəcəklər.


Afrikada yaşayan (daha doğrusu yaşamaq uğrunda mübarizə aparan) səfillərin indi aclıqda düşünməyə vaxtları yoxdur. Bəlkə onlar başlarında beyin olduğunu da unudublar. Yoxsa bir namə yazıb Yepiskopa göndərərdilər ki, "Sən Allahın adı, oturduğun taxtın dəmir-dümürünü göndər bizə”.

Onsuz da qara millətin qızıl yataqlarını mənimsəmiş qərb onların hesabına çox belə kreslolar istehsal ediblər.

Adı tarixə yazılmış ağ oliqarxın bir də qızıl taxtından qalxaraq Afrikada aclıqdan gəbərənlərə dua oxuduğu anın rəsmini kitablara qeyd edək…

Rüfət SOLTAN