adalet.az header logo
  • Bakı 18°C
22 May 2016 13:36
7678
SİYASƏT
A- A+

Qorbaçov Putinin Krımı qaytarmaq qərarını dəstəklədi

SSRİ-nin ilk prezidenti Mixail Qorbaçov Rusiya prezidenti Vladimir Putinin "Krım” qərarını dəstəkləyib və ABŞ-ı Sovet İttifaqınının dağılmasına görə "sevinməkdə” ittiham edib.

Adalet.az Gazeta.ru-ya istinadən xəbər verir ki, Sunday Times nəşrinə müsahibəsində Qorbaçov bildirib ki, əgər o oxşar vəziyyətə düşsəydi, hər şeyi Putinin etdiyi kimi edərdi.

"Mən insanların öz azad iradələrini ifadə etməsinin tərəfdarıyam. Krım əhalisinin əksəriyyəti Rusiya ilə birləşmək istəyirdi”, - o qeyd edib.

Qorbaçov həmçinin Amerika Birləşmiş Ştatlarının SSRİ və Rusiyaya qarşı yürütdyü siyasəti şərh edib.

"Onların Rusiyaya sabit və güclü demokratiyanın qurulmasında kömək etmək niyyəti yox idi. Onıar fikirləşirdilər ki, Rusiyanın ərazisini kiçiltdilər”.

Rüfət Soltan