AĞLAYAN ÇİÇƏKLƏR

ƏBÜLFƏT MƏDƏTOĞLU
39608 | 2016-05-20 15:25

Neçə gündür ki, özümüələ ala bilmirəm. Hava dəyişkənliyi, bir az da qayğıların ağırlaşan çəkisibütün əhvalımı alt-üst edib. Qan təzyiqi də ki, nə dərman tanıyır, nə həkim, nədə xəstə… öz işindədi. Bir anın içində vurub çıxır kəllə çarxa. Həm adamınəhvalını korlayır, həm də ölümü gətirib qoyur gözünün qarşısına. Bax, belə birdurumda yaşamağın nə demək olduğunu, ümumiyyətlə, yaşamağın mümkünlüyü sualişarələrinə çevrilir. Üstəlik, tək özün, öz əhvalın, öz canın yox, həm dəözünü, əhvalını, canını borclu olduğun doğmaların, xüsusilə övldlarınproblemləri, bungünləri, sabahları səni özünü toparlamağa, yumruqlarını, dişlərini sıxmağa məcbur edir. Sanki daha bərkdurmaq, daha dözümlü olmaq üçün içini alt-üst edirsən, əlavə güc mənbəyi, dözümvasitələri axtarırsan. Axı, köhnə kişilərin dediyi kimi, təkcə bir cana borcludeyilsən. Həm də bütövlükdə vətəndaş borcun, insan borcun, valideyn borcunhamısı növbədədi, hamısı ödənilməsini tələb edir. İndi bütün bu borclarıniçərisində arxasız, köməksiz iki əlin bir başın çarəsinin dərmanını tapıngörüm, necə tapırsınız?.. Eh, nə isə…

Bəli, bu gün kimsəçıxıb ortaya söyləsə ki, mən ətrafımda baş verən hər şeyə laqeydəm, dünyavecimə deyil, hər  kəsin canı cəhənnəmə,mən onların heç birinə yüzə yüz inana bilmərəm. Təbii ki, söhbət insandangedir. İnanmıram ki, normal insan özü və vücudu ilə məşğul olsun, başqa heçnəyi, heç kəsi görməsin... heç kəsin, heç nəyin qarşısına çıxmasın, üstünəgetməsin… və yaxud heç nəyi, heç kəsi qarşılamasın. Əgər bütün parametrləriyerində olan insan belə bir addım atarsa, o artıq həqiqətən dünyanın sonununyetişdiyini, məhşər günün artıq qapımızı açıb içəriyə daxil olduğunu göstərər.Şükürlər ki, hələ qapının açılmasına müəyyən bir zaman kəsiyi var. Və əminəmki, o zaman kəsiyində biz nələrisə dəyişə biləcəyik, hansısa borclarımızı dərkedəcəyik və baxıb görəcəyik ki, beşikdən məzara, olumdan ölümə olan məsafə hərkəs üçün fərqli olsa da, amma səbəb və nəticə üst-üstə düşür. Yəni «Ol!» sözüilə «Öl!» sözü səs baxımından ifadə ediləndə nə qədər yaxındısa, yazıda, yənitəhriflərdə çox cüzi dəyişikliklər var. Zənnimcə, bunu anlamaq, dərk etmək üçünnə böyük sirlər açmaq, nə də tarixi-nadiri sona kimi oxumaq lazım deyil. Eləözünü oxumaq, ətrafını görmək kifayət edir ki, «Ol!» və «Öl!» fərqli mənadaolur, başlanğıcla sonluğu birləşdirdiyini dərk edəsən!.. Yenə nə isə…

Hə, mən busöylədiklərimin içərisində özümün hansı durumda olduğumu sizə təqdim edə bildimyoxsa yox, ancaq hiss edirəm ki, o dediyim durum, o düşdüyüm vəziyyət məni biraz da aşağı çəkir, bir az da çiyinlərimdən basıb torpağa yaxınlaşdırır. Onagörə də bədən üzvlərim get-gedə mənə ağırlıq edir. Elə bilirəm ki,çiyinlərimdən qollarım əvəzinə daş asılıbdı, özü də qara daş. Göyərməyəcək, heçnəyə yaramayacaq qara daş! Bax, bu göyərməyən qara daşın hardan ağlımagəldiyini deməyə bilmirəm. Yəqin ki, oxumusunuz. Böyük Məmməd Arazın yazdığımisraları: «Bu dünyanın qara daşı göyərməz». Deməli, göyərməyəcəyinə əminolduğum o qara daşa birdən-birə içimdə söz demək, onun könlünü oxşamaq istəyibaş qaldırdı. Və bir də gördüm ki, misralar düzülüb vərəqə. Həmin o misralaryəqin sizin üçün də maraqlı olar.

 

Qollarım

ağırlıq edir

bədənimə,

çiyinlərimə…

elə bil

daş asılıb

hər birinə

indi

doğma,

isti bir ələ

dəli ehtiyac var

qaldırıb qoya

qollarımı yerinə!..

 

*** 

 

Heç kim  yaxasını kənara çəkməsin. Onsuz da istəsə dəçəkə bilməyəcək. Çünki cəmiyyətdə yaşayır, cəmiyyətin içərisindədi. Yaxşı daolsa, pis də olsa yolu kəsişir, qarşılaşır. Ona görə də məcburdu reaksiyaversin, ən azından özünü qorusun. Məsələn, getdiyi yerdə qarşısına çay çıxırsa,o çaydan keçmək üçün ya özü üzməyi bacarmalıdı, ya da kiminsə vasitəsindənistifadə etməlidir. Hər iki halda təmas zərurəti çıxır ortaya. Bax, budurinsanları dünyada qopub ayrılmağa imkan verməyən. Əsas şərt və bəlkə də Allahınyazdığı birinci qanun. Mən yaşadığım bu illər ərzində dünyanı görə bildiyimüzündə ən çox bir məqama heyrət etdim. O da Tanrı yazan yazıların, qanunlarınpozulmazlığıdır. Nə qədər bəndə firon olsa da, o qanunların üzünün tozunu dasilə bilməz, hələ qalmışdı özünü. Amma bəndə də az aşın duzu deyil. Bir azləngidə bilir, bir az yolu dolanbac edir. Necə deyərlər, yanından keçməyəçalışır. Amma  təbii ki, pozulmazlıq özyerində qalır. Deməli, mən bütün qayğıların içərisində həmişə güvənc yeri kimiüz tutduğum Tanrının səbrinin böyüklüyünü də dana bilmərəm. Üstəlik, onu dadana bilmərəm ki, səbrlə qora bişirən güc sahibi insanı həmişə imtahan edir,sınaqlardan keçirir və onun bütün sınaqları, bütün imtahanları bir məqsəddaşıyır. O da imanlı olmaq, yəni Allah sevgisini sarsıtmamaqdır. Kim bu sevgidəbüdrəyirsə, kim asi olursa, onun dözümsüzlüyü təbii ki, son nəticədə də özünübüruzə verir.  Məhz bu mənada məndünyanın yazılı tarixində və eləcə də yazılmayıb mifləşən deyimlərində ifadəolunan dərdin, kədərin hamısını canımdan keçirməyə özümü hazır sayıram. Bilirəmki, o dərdi, o ağrını-acını insan üçün, bəndə üçün yaradıblar, dağ-daş üçünyox. Dözən, müqavimət göstərməyi bacaran nəyəsə nail olur. Onun mükafatı daAllah sevgisi ilə yanaşı, həm də çatdığı məqsəddi.

Təbii ki, insan həm dəözünü ovutmağa meyllidi. Həm öz xatirələriylə, xəyallarıyla, gördüyü iş-güclə,həm də başqalarından aldığı, qəbul etdiyi münasibətlərlə. Ona görə də dözmək,müqavimət göstərmək məqamında həmin o başqasından alınan diqqət, ehtiram,səmimi ovutmaq təşəbbüsləri mübarizəni, dözümü birə min artırır. Anlayırsan ki,tək deyilsən, təklənməmisən. Onda mənim də necə deyərlər, hərdən çoxlarına xoşgəlməyən, hətta bəzən onlara yersiz görünən addımların düşüncələrin olur. Buhardan yaranır, necə yaranır, onu bir Allahın bilir. Amma misralara çevriləndəsiz də görürsünüz. Sağ olun ki, arada qiymət də verirsiniz. Bunun özü dəmünasibətdi və mən də o münasibəti həm özüm üçün, həm də özüm günümdə olanlarüçün misralayıram.

 

Sən məni

ovutmağa

cəhd etmə…

sən məni

ovudanda

daha çox ağrıyıram

çünki mən

özümü

dahadan da çox

kədər üçün

qoruyub saxlayıram! –

tək-tənha

qalmasın deyə…

 

***

 

Yazımın bura qədəroxuduğunuz hissələrində yəqin ki, söhbətin duyğulardan, düşüncələrdən,bütövlükdə insanlıqdan ibarət olduğunu, ona kökləndiyini hiss etdiniz. Bu daelə-belə ağlıma gəlməyib. Yəni neçə vaxtdı bu yazını içimdə gəzdirirdim.Yazmağa, ürəyimi vərəqlərə boşaltmağa məqam axtarırdım. Elə bir məqam ki,yazdığım yazı mənim içimi göstərə bilsin. Özü də məqamla üst-üstə düşməkşərtiylə. Necə deyərlər, söz vaxtına çəksin. İndi zaman-zaman gözlədiyim həmino vaxt qapımın ağzındadı. Mən qapının ağzında dayanmış o zamanın iki aya yaxıniçimdə gəzdirdiyim yazının dünyaya gəlişinə fürsət verdiyini, şəraityaratdığını görəndən sonra götürdüm qələm-dəftəri və başladım içimdəkilərisizlərə söyləməyə, çatdırmağa, yazmağa…

Əgər diqqətinizəqalıbsa, mən insanın, bəndənin borcları içərisində valideyn borcunu da xüsusivurğulamışdım. Elə indi də onun üzərinə gəlirəm və demək istəyirəm ki,həyatımda keçirdiyim bütün sarsıntıların içərisində ən dəhşətlisi övladımlabağlı olub. Yəni elə duruma düşmüşəm ki, nə edəcəyimi, hansı addımı atacağımıfəhm etmək gücüm olmayıb. Bax, onda Allahdan başqa kimsənin köməyə gəlmədiyinibir daha anlamışam, bir daha görmüşəm. Mənə doğmalıqdan, dostluqdan,qardaşlıqdan ağızdolusu danışanların heç biri həmin məqamda yanımda, yaxınımdaolmayıb. Baxıb görmüşəm ki, bu dünya təkcə sözlərdən ibarət deyilmiş, bu dünyahəm də bir reallığın göstərildiyi, nümayiş etdirildiyi yer imiş. Orada, yəni otamaşa oynanılanda sən tək tamaşaçı olursan. Çünki o ssenari də, o ifa da, oquruluş da, elə o səhnənin özü də sənin özün üçündü… səni sənə göstərməküçündü… sənin özünü dərk etməyin üçündü!!!

Bəli, övladımınhəyatında olan riskli əməliyyat zamanı saatlarla dayanıb gözlədim. Nəhayət ki,çox uzun çəkən və etiraf edim ki, mənə az qala bir ay qədər uzun görünən ozaman başa çatdı. Nəhayət, həkim-cərrah əməliyyat otağından çıxdı, xalatınüstündəki qan damlalarını gördüm. Bunun valideyn üçün nə demək olduğunu yəqinki, bir anlıq da olsa təxmin etdiyniz. Amma mən belə məqamı bir neçə dəfəgörmüşəm. Hətta həkimlər əl boyda uşağı ram edə bilməyib mənim əməliyyatotağına keçməyə icazə verdikləri vaxt da olub. Müharibənin şıdırğı dövründə eləbir an yaşamışam və gözlərimin önündə cərrah, asisenti ilə birlikdə əməliyyatı edib. Əl boydauşaq heç bir narkozsuz, sadəcə yanaqlarından axan yaşla ağrısını ifadə edib.Mən də dişlərimi bir-birinə sıxıb təkcə içimdə yox, həm də onun gözləriqarşısında ağlamışam. İndi bir anlıq həmin ol səhnə gəlib keçdi gözləriminönündən. Yavaşca həkimdən «xəstəni görə bilərəmmi?» - deyə soruşdum. Üzüməbaxdı, arxamca gəl, - dedi. Gəldim, baxdım. Və yenə gözlərimdən yaş axdı. Çünkionun bütün sifəti sarğı içərisində idi. Gözləri güclə seçilirdi və güclə dəəlini tərpətdi. Hiss etdim ki, ona baxdığımı duyur. Daha baxa bilmədim. Çünkio, reanimasiya otağında idi, mən şüşə arxasında. Və:

 

Sən

şüşə arxasında

çarpayıda

sarğıda -

hərəkətsiz…

mən şüşə önündə

ayaqda,

yükləndiyim ağrı da

mənim tək

hərəkətsiz…

sən

gözlərini açmağa

mən

gözlərimi

o mənzərədən qaçırmağa

çalışan

gücsüz…

reanimasiya otağında

personalın yanında

belə bir

haldayıq biz-

ata-bala-

ikimiz

səssiz

səcdədəyik

ürəyimizdə

Allaha!..

… Mən bu şeiri həminəməliyyat gününün axşamı yazmışdım. Əslində yazmamışdım e, elə orada yaşamışdımonu. Sadəcə kağıza köçürdüm. İndi isə sizlərə təqdim etdim. Və xatırladım ki, etdiyim o zaman söhbəti elə-belə deyildi. Yəniyazının içində hazırlatdığım vaxtın gəlib çatması məqamı çox yaxın birdostumun, çox güvəncli bir qardaşımın Ankarada öz qızını ikinci dəfəki, uğurluəməliyyatdan çıxdığını mənə xəbər verəndən sonra yazını kağıza köçürdüm. Yənionun da mənim kimi övlad təşnəsi olduğunu, övlad narahatlığını özünə ağrı-acıetdiyini bildiyimdən nəticəni gözləyirdim. Gözləyirdim. Gözlədim – şad xəbərialdım və bu yazını hamı üçün oxuyan da sağ olsun, oxumayan da. O ki, qaldı…

O ki, qaldı yazımınadına. Mən güllərin ağladığını görmüşəm. Elə öz qız balamın timsalında bunu həmdə varlığıma köçürmüşəm.

 

 

TƏQVİM / ARXİV