adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Yaddaşımın alın yazısı

XURAMAN HÜSEYNZADƏ
38469 | 2013-01-26 01:15

Gündəmin ottutub yandığı, əsgərlərimzin zorlanma faktlarından danışıldığı bir vaxtda mənimdə yadıma köhnə küçəmiz düşüb. Paradoksa baxın: ana-bacı söyüşünün üstündəüsyan baş verir, Qarabağı azad etmək üçün ümid yerimiz olan əsgərlər isəzorlanır. Bilmirəm, Qarabağı həmin zorlanmış əsgərlərləmi alacağıq? Bəlkəhərbiyə çağırılan əsgərlərin üzərində psixiatr müayinəsini gücləndirməklazımdır? Ya bəlkə təlimlərə başlamazdan əvvəl ağlı paçasının arasında olanlarıhəbsxanada hansı "cəzaların" gözlədiyi haqda əlahiddə təlimkeçsinlər?! Bu bir-iki cümlə də olsun problemlərə palaz-palaz həsr olunanyazılar içərisində bir damla... Zatən içsələr də dəyişik bir dad hiss etmirlər.Yəni dəyirman bildiyini edir...

***

Dedim axı,köhnə küçəmizdən yazmaq istəyirəm. Niyə yazmaq istəyirəm, bunu da yazım.Qonşumuza qonaq gəlibmiş. Gəlibmiş desin ki, bu evin ilk sahibi olub. Uşağı buməhlədə doğulub. İndi böyüyüb. Demək olar ki, yekə kişidi. Gecə-gündüzbaş-beyinlərini aparır, kiriyib-kəsmir ki, ilk dəfə ayaq açdığı, böyüdüyü evitəzədən geri alsınlar. İş o yerə çatıb ki, köhnə evləri hər gecə oğlanınyuxsuna girdiyindən, kölgə kimi qarabaqara onu izlədiyindən psixiatra müraciətetməli olublar. Psixiatr isə oğlanın psixi durumunun yerində olduğunu bildirib.Qonşumuz evi satmadı. Son xahişə atası oğlanı da gətirmişdi. O, otaqlara giribbaxıb, əlini divarlara sürtüb, ağaclara sarılıb ağlayıb... Hə, bir də həryerdə anasının nişanələrini axtarıb...Bu evdə o, analı günlərini yaşayıb. Qonşumuz bu mənzərədən dəhşətə gəlmişdi.Onların verəcəyi pulun qənaətbəxş olmadığını və bu evə, məhləyə üz-gözüöyrəşdiyi üçün satmaq istəmədiyini deyirdi...

İlk dəfəayaq açıb yeridiyi, xoşbəxt uşaqlıq illərinin böyüdüyü, yeniyetməliyiningəncləşdiyi dövrün xatirələri yaşayan evdən ayrılan hər kəs üçün bu, tanış səhnədir... Həmin gənci yaxşı başa düşürəm. Eyni talenimən də yaşadım. Ağrısını hələ də ürəyimdə daşıyıram. Bu gün baş verən hadisələryuxularımda o evdə baş verir. Elə sevinirəm ki!.. Heç ayılmaq istədiyimröyalarım bir də köhnə məhləmizlə bağlı olanlardır. Hər şey olduğu kimi qalıb orda.Bir mən böyümüşəm, dəyişmişəm sanki. Uşaqların yaddaşı kağız kimi ağappaq olur,deyirlər. Mənim yaddaşımın alın yazısı köhnə məhləmizdə yazıldı. O yazılarıniçərisində itib-batmayacaq bir şeir də var. Adı da elə beləcədir: "Köhnəküçəmiz"

yağış yağar

ayaqizlərimizi

tozunlayoğurar

sinənəçalın-çarpaz dağ kimi

çəkiləndörd yol ayrıcında

xatirələrməni çağırar

köhnəküçəmiz...

biz yenievə köçən gün

sənköhnəldin

uşaqlıq

yeniyetməlikillərim qocaldı

ayaqizlərim

dəfn olundusəndə...

ilkməhəbbətimin ayaq izləri

bir torpağabaş qoyur

ayaqizlərimlə

yağışyağanda

izlərimiziyaxşı yoğur

yaxşıqarışsınlar

biz qovuşabilmədik

bilirsənmi

köhnəküçəmiz...

xəzəli

qarı

buzu

yorğan eləayaq izimizə

onlarıtapdayanlara de ki

qara geyibgündüzü

bulağadönüb gözü

burda qoşaqarıyır

iki cütayaq izi...

XuramanHüseynzadə

[email protected]

TƏQVİM / ARXİV