adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

BƏZİ MÜLAHİZƏLƏR

SEYFƏDDİN ALTAYLI
86522 | 2013-01-26 01:13
Bu qısayazı çərçivəsində millət olaraq tarixdə nə cür iz saldıq, biz nə cür birxalqıq, indi haralardayıq, bunlarla bağlı bəzi fikirlərimi bölüşmək arzusundayam.

OsmanlıDövləti 19-cu əsrdən başlamış sürətlə tənəzzülə doğru gedərkən onu xilasetməyin çarələrini axtaranlar, ancaq tapa bilməyənlər vardı. Belə bir psixolojiatmosferdə Türkiyənin milli himnini yazan Məmməd Akif Ərsoy;

"Birzamanlara biz də millət, həm də nə millətmişiz

Gəlmişizdünyaya millət nədir, milliyət nədir öyrətmişiz!" - deyirdi.

Haqsız dadeyildig Bu millət dünya tarixində o boyda ad qazanmış, o boyda imperiyalaryaratmış, neçə-neçə xalqı öz hakimiyyətində yüzillər boyu əmin-amanlıq içindəsaxlamış, Tanrının yer üzündəki ordusu sifətini qazanmışdı. Ancaq bu millət13-cü əsrdən başlayaraq nə elmə fikir vermiş, nə yeni texnoloji tapıntılaraimza atmış, nə də öz-özünü qırmaqdan bezib-usanmışdı. İyirminici əsrə gəldikdəAzərbaycan adlı diyarımızdan ulu şairimiz Mirzə Ələkbər Sabirin səsiyüksəlirdi. Onun diliylə desək nə Ağqoyun-Qaraqoyun olub bir-birimizi qırmaqdanusanırdıq, nə də əcnəbilər seyrə balonlarla gedərkən biz avtomobil minirdik.Bugünkü kimi yadımdadır, 1960-cı illərdə kəndimizdə şəhərdə Tarım Bakanlığınınbürosunda satılan qırmızı badımcan (kəndimizdə pomidora qırmızı badımcandeyilir) toxumlarını camaat nəinki alıb-əkmək, ona əlini də toxundurmurdu.Deyirdilər ki, ona gavur, yəni xristian əli dəyib, murdardır. Aradan on il ötəndənsonra kəndlilərimiz daşdanıb Avropaya işləyib çörək qazanmağa getdilər.

Bizimmillət olaraq, 7 min illik bilinən tariximiz və mədəniyyətimiz məlumdur. millətolaraq Asiya, Avropa və Afrika qitələrində min illər boyu hökm sürmüşük,müxtəlif imperiyaları yaratmışıq, bunu bilməyən yoxdur. Tarixi yaratmışıq,ancaq onu özümüz öz yazımızla, öz qələmimizlə haralarasa həkk etməmişik, ya dahəkk etmişik, ancaq o vaxtlar yazdıqlarımız hələ də əlimizə keçməyib."Divanı Lüğətit Türk" və "Dədə Qorqud" dastanları datəsadüfən tapılmayıb!?

Özgəmillətlərin xalqları müəyyən bir coğrafi sahədən eşiyə çıxmadığı halda Türkxalqları əsrlər boyu ulu babalarımızın rəhbərliyində bu coğrafiyadan ocoğrafiyaya, o iqlimdən bu iqlimə üz tutublar və ayrı-ayrı yerlərdə millətimizinmöhürünü basıb silinməz izlər buraxıblar. Ayrı-ayrı yerlərdə, ayrı-ayrıhökmdarların buyruğu altında və ayrı-ayrı adlarla tarix səhnəsində çıxışetmişik, ancaq onları hələ də küllü bir tarix kitabında cəmləşdirə bilməmişik,bilmirik. Hələ də mərhum milli şairimiz Məmməd Araz demişkən "dilimizinharalısan damarı"nı sındıra bilməmişik. Bu gün sinəmizi qabağa verə-verə,döşümüzə döyə-döyə deyirik ki, biz qərb mədəniyyətini mənimsəmişik! Gəlin görəkbu doğrudanmı belədir!? Bir fransıza, almana və ya italyana sual versən ki,"haralısan?" dönüb üzünə mat-mat baxar, necə yəni haralısan! Ofransızdır, almandır və ya italyandır, hansı kənddə, hansı şəhərdə doğulması vəyaşaması ona yerliçilik fikrini qəti şəkildə aşılamır, ancaq bizə isə yox!..Bütün dünyanı gəzib-dolansanız "yerlibazlıq, yerliçilik,məhəlliçilik" sözlərini Türk xalqlarının yaşadıqları məkanlardan özgəyerlərdə tapa bilməzsiniz. Yaxın Şərqdə, Qafqazda, Kiçik Asiyada, Asiyaqitəsində nəhəng mədəniyyətlər yaradan və sayı bu gün üç yüz milyona çatan Türkmilləti niyə belə darmadağındır. Hələ də deyirik sən Qazağsan, sən Qırğızsan,sən Tatarsan, Türkmənsən və ya nəsən, nəsən. İngilis, Fransız, Alman, İtaliyanvə digərləri, gedib Afrikadan, Ərəbistandan gətirdiyi insanlara öz ana dilinivə mədəniyyətini öyrədib özünü dünya səhnələrində sinəsini gərə-gərə onlarlatəmsil edir, xüsusilə idman sahəsindəonlarla uğur qazanır, biz hələ də öz tarixi şəxsiyyətlərimizin adınıtariximizdən əbədilik götürmək, öz ulu babalarımızın səhvlərini görməmək,bir-birimiz arasında yadların saldığı və qardaşlığımıza əngəl törədən maneələrimöhkəm-möhkəm saxlamaq uğrunda sinə cırırıq.

İngilislerbu gün 57 milyon əhaliyə malikdir, ancaq dilləri dünyanın ünsiyyət dilinəçevrilib. Lüğətlərində, hakimiyyətləri altındakı xalqlardan götürdükləri vəözününküləşdirdikləri sözlərin sayı 580 mini ötür.

Amerikaqitəsi 1492-ci ildə tapıldı, yəni biz İstanbulu tutduqdan 39 il sonra. Tapılantəzə qitəyə doluşan xüsusilə ispanyollar, portuqaliyalılar, ingilislər,fransızlar və digərləri Afrikadan tutub apardıqları kölələri yüz illər boyuqarın toxluğuna işlətdilər, onlara heyvandan da pis rəftar elədilər. Biz isəhakimiyyətimiz altındakı xalqlara hər cürə azadlığı tanıdıq. Axırda onlarınbəziləri, afrikalılara o divanı tutanların barmağıyla ayağa durub bizi arxadanxəncərlədilər, Anadoluda, Azərbaycanda soyqırımlar törətdilər. Ulu babalarıkölələşdirilən nəsillərin yetirmələri gün gəldi Avropada, Amerikada siyasixadimlərə çevrildilər və bizdə soyqırım törədənləri bizim qırdığımızı da iddia etdilər,hələ də edirlər. Mən şəxsən bu məsələdə onları günahkar hesab etmirəm, günahkarözümüzük. Biz hələ də öz gücümüzün-qüdrətimizin fərqində deyilik, özmədəniyyətimizin əlçatmaz sərhədlərə malik olduğundan xəbərsizik.

Ulu Tanrı,bəşəriyyətə yolladığı axırıncı səmavi kitabının ilk ayətində "oxu"deyə əmr edir və digər bütün ayətlərində tez-tez "sizə ağıl verdimfikirləşəsiniz, dərs götürəsiniz" deyir. Haçan ağlımız başımıza gələcək,elmin aydınlıq yoluna düşəcəyik, haçan silkinib özümüzə qayıdacayıq bilmirəm,ancaq qayıdacağımıza inanıramg Qayıdarkən də Anadoluda üsyanlar törətdiribkölgəsində böyüdüyü xalqa divan tutanlar, Azərbaycanda Xocalı Soyqırımınıgerçəkləşdirənlər gəlib qarşımızda quyruqlarını bulayıb ayağımızaşırvanacaqlar, onları qışqırdanlar isə yenə dönüb qışqırtdıqlarını günahkarkimi gətirib bizim qabağımıza qoyacaqlar, süddən çıxmış ağ qaşığa dönəcəklər.

Sabahlarımızınaydınlıq səhərləri üçün, bunları yaxşı fikirləşməliyik deyə düşünürəm.

SeyfəddinAltaylı, Ankara

altaylı[email protected]

TƏQVİM / ARXİV