USTADDAN DƏRS ALDI...

ƏBÜLFƏT MƏDƏTOĞLU
316345 | 2013-01-26 01:06
Onu qiyabitanımışam. Necə deyərlər, adını eşitmişəm, müsiqilərini dinləmişəm və adi birAzərbaycan vətəndaşı kimi barəsində yazılanları oxuyub mən də qürur duymuşam.Amma heç vaxt ağlıma gəlməyib ki, mən də nə vaxtsa onun barəsində nə isəyazmalı olacam və yaxud da yazmaq həvəsinə düşəcəm. Görünür, bizi bizdənkənarda idarə edən böyük güc el bizdən xəbərsiz ağlımızdan gəlib keçənləribaşımıza gətirir, qarşımıza çıxarır. Və biz də bu taleyi, bu ömrü yaşayırıq...g

Həyatdamənim üçün böyük dəyəri olan insanlardan biri də Elman müəllimdi. Özünü də,şəxsiyyətini də, dünya görüşünü də özümə çox doğma bilirəm. Mənə elə gəlir ki,Elman müəllim kimi insanlar dünyanın tarazlığını saxlamaq üçün, dünyada yaşamaqüçün ətrafa müsbət impulslar verir, çevrələrində müsbət aura yaradırlar. Mən dəbu dəyərli dostumdan həmişə o müsbət impulsları məmnuniyyətlə qəbul edirəm,onun səsini eşidəndə, söhbətlərini dinləyəndə içimdə bir rahatlıq hakim olur.Düşünürəm ki, yaxşı ki, belə insanlar, belə dostlar var...g

Ötən ilinsonlarında, yəni Elman müəllim ürəyindənəməliyyat olunmağa hazırlaşanda sözarası mənə bir ipucu atdı. Doğrusu, buipucunun nə üçün olduğunu, nə üçünatıldığını əvvəl-əvvəl bilmədim. Lap səmimi deyim, anlamadım. Duruxduğumu görübözünəməxsus səsi ilə dedi ki, "sənə bir kitab göndərəcəm, oxuyarsan, sonrasöhbət edərik".

Ertəsi günartıq Elman müəllimin göndərdiyi kitab stolumun üstündə idi. Açığını deyim ki,bu kitab və onun müəllifi də mənim üçün çox da anlaşıqlı olmadı. Amma bunabaxmayaraq, dostumun göndərdiyi kitabı öncə vərəqlədim. Kitabdakı şəkillərə,əlyazmalarına, notlara diqqət yetirdim. Elə bil hər şey də bu diqqətdənbaşladı. Bir də gördüm ki, artıq kitabı demək olar ki, axıra gəlib çıxmışam.Kitabı qatlayıb yenə stolun üzərinə qoydum. Elə həmin aralıqda Elman müəllimmənə telefon etdi. Hal-xoşdan sonra dedi:

- Kitabıoxuya bildin?

- Bəli.

- Necədi,xoşuna gəldi?

- Qardaş,açığını deyim ki, mən Azərbaycanın xalq artisti, professor, "Şöhrət"ordenli bəstəkar Musa Mirzəyev barəsində çox informatik bilgiyə malik idim.Allah köməyin olsun, əməlli başlı savadlandım.

Elmanmüəllim gülüb dedi:

- Musamüəllim mənim ən yaxın dostlarımdan biridi. Bu günlərdə 80 yaşı tamam olacaq.Başa düşdün də, daha sənə ayrı nə deyim.

- Təbii ki,arifə bir işarə bəs edir - deyib sağollaşdıq.

Yenidənkitaba qayıtdım və gözümün qarşısında 80 il bundan öncəki Bakı gəlib dayandı.Həmin Bakıda1933-cü ilin yanvar ayının 26-da Abdulla kişinin evində dünyayagələn oğulun şadyanalığı yaşanırdı. Elə bil ki, Allah bu ailəni xüsusi seçmiş,Abdulla kişi ilə Səkinə xanıma böyük sevgi ilə yanaşı, böyük ürəkli, həmişəsevilən, diqqət mərkəzində olan övladlar da pay etmişdi. Çünki bu ailənin üçoğlu və bir qızı - Musa, Sabir, Kamil və Tamilla özləri ilə birlikdə ailəninarzularına yeni arzular calamaqla atanın musiqiyə olan sevgisinin çiçəklənməsiüçün ilk addımlarını da atırdılar. Məhz musiqiyə olan sevgi Abdulla kişininövladlarını bu istiqamətə yönəltməyə həvəsləndirirdi. Odur ki, sabahın musiqi,mədəniyyət xadimləri olacaq bu övladlar artıq ilk addımlarında haraya və niyəgetdiklərini fəhm edirdilər.

Arayış üçünxatırladım ki, artıq Sabir Abdullaoğlu haqq dünyasında olsa da, o da MoskvaDövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirmiş, Tamilla AbdullaqızıM.FAxundov adına ADDİ-ni bitirmiş, Kamil isə özünü təsdiq etmiş rejissor vəoperator kimi indi 200-dən artıqsənədli, elmi, kütləvi filmlərin müəlliflərindəndi. Ancaq musiqini çox gözəlduyan, musiqi alətlərində, xüsusilə tarda və fortopianoda ifa etməyi böyükməharətlə bacaran Abdulla kişinin musiqili duyğularını oğlu Musa təkcəAzərbaycanda yox, indi bütün dünyada dinləyicilərə çatdırır, könüllərəhopdururdu.

Mütaliəetdiyim "Musa Mirzəyev" kitabından öyrəndim ki, dünya şöhrətlibəstəkarımız Qara Qarayevin tələbəsi olan Musa Mirzəyev demək olar ki,bütünlüklə özünü təsdiq etmiş, özünü sevdirmiş, musiqi aləmində imzası, yeriolan oturuşmuş bir bəstəkardır. Onun barəsində yalnız Azərbaycandan olanhəmkarlarının fikirlərini - xalq artistləri, dövlət mükafatları laureatlarıTofiq Quliyevin, Cövdət Hacıyevin, Vasif Adıgözəlovun, Azər Rzayevin, eləcə dəSSRİ xalq artistləri Fikrət Əmirovun, Fərhad Bədəlbəylinin, müəllimi QaraQarayevin fikirlərini gözdən keçirəndə Musa müəllim haqqında çox məhdud biliyəmalik olduğum üçün daxilən bir sıxıntı keçirdim və könlümdən Elman müəllimətəşəkkür etmək, bu böyük bəstəkarla məni tanış etdiyinə görə, onun əlini sıxmaqgəlib keçdi. Elə həmin duyğularla daSSRİ xalq artisti, dövlət mükafatı laureatı Fikrət Əmirovun fikirlərinitəkrar-təkrar oxuyuram: "Musa Mirzəyev, şübhəsiz, orkestri və müasirorkestr ədəbiyyatını yaxşı bilən, yaradıcılıq texnikasına layiqincə yiyələnmişlayiqli bəstəkarlardan biridir".

Başqa birfikir. Bu fikrin müəllifi də SSRİ xalq artisti, dövlət mükafatı laureatı GeorgiSivridovdu: "Musa Mirzəyev - gözəl, heyranedici bəstəkardır. Onunmusiqisini də, özünü də sevirəm. Xüsusilə onun vokal silsilələri mənə çoxyaxındır. Bu gözəl insan, böyük musiqiçi ilə çoxdan bəri dostluq edirəm. O,bütünlüklə musiqiyə sadiq olan insandır".

Bu cürbir-birindən maraqlı fikirlərin sırasını artırmaq olar. Çünki Musa mülləlimhaqqında demək olar ki, yaxın-uzaq ellərin - Türkiyənin, Rusiyanın,Belorusiyanın, Ukraynanın, Estoniyanın, İtaliyanın, Rumıniyanın, Hollandiyanın,Bolqarıstanın, Çexiyanın, daha neçə-neçə ölkələrin dünya şöhrətli musiqiçiləri,musiqi biliciləri, bəstəkarları öz ürək sözlərini deyiblər. Onun bir-birindəndəyərli əsərləri dünyanın ən böyük konsert salonlarında səslənib.

Mənim üçünson dərəcə maraqlı olan məqamlardan biri də Musa müəllimin özünün ən populyarəsərlərindən birini ömür-gün yoldaşı, Əməkdar mədəniyyət işçisi,"Şöhrət" ordenli, Prezident təqaüdçüsü olan əməkdar jurnalist Svetaxanıma həsr etdiyi "Birinci simfoniya"sıdır. Məhz bu simfoniya iləonun həyatında, yəni 1964-66-cı illərdə Musa Mirzəyevin böyük uğurlarınınsilsiləsi başlayıb.

Bu günbir-birirndən maraqlı simfonik əsərlərin müəllifi olan Musa Mirzəyev ömrünün80-ci ili ilə üz-üzə dayanıb. Arxada zəngin, möhtəşəm yaradıcılıq yolu, yuxusuzgecələr, bir-birindən maraqlı görüşlər, konsertlər, dünya turnisi, uğurlargÖndə yeni yaradıcılıq üfüqləri və bir də sabaha böyük inam!

Təbii ki,böyük Qara Qarayevin yetirməsi olan Musa Mirzəyev özünün milli kökə, milli musiqiyə,xalq yaradıcılığına, folklora bağlılığı ilə paralel olaraq dünya musiqiincilərini öyrənə-öyrənə müasir dünyanın müasir musiqi çeşidlərini,naxışlarını ortaya qoyub. Bu naxışlarhəm də Azərbaycan bəstəkarlıq məktəbinin necə möhtəşəm bir yolda olduğunutəkrar sübut etdi. Göstərdi ki, Üzeyir Hacıbəyovun, Qara Qarayevin, FikrətƏmirovun, Tofiq Quliyevin, Cahangir Cahangirovun, Cövdət Hacıyevin, FərhadBədəlbəylinin, Arif Məlikovun, eləcə də digər böyük sənətkarların çiyinlərindəqurulan məktəb yeni üfüqlərə qapı açır və bu qapı həm də dünyaya açılır.

Özününböyük yaradıcılıq yolunda təkcə simfoniyalar, orkestr musiqisi deyil, həm dəvokal yaradıcılığı ilə də məşğul olan, eləcə də uşaqların dillər əzbəri olannəğmələr bəstələyən Musa Mirzəyev demək olar ki, rəngarəng yaradıcılığı iləhamının sevimlisinə çevrilib. Onun Hikmət Ziyanın sözlərinə bəstələdiyi"Yeni il" mahnısı, "Şənlik mahnısı", "Gəncidmançılar", "Səslən şeypurum, səslən", eləcə də İlyas Tapdığınsözlərinə yazdığı "Doğma Azərbaycan" nəğməsi respublikamızın ənpopulyar xoru olan "Bənövşə" uşaq xorunun ifasında dillər əzbərinəçevrilib. Demək olar ki, öz yaradıcılığında uşaqlar və gənclər üçün də xüsusiyer ayıran böyük bəstəkar özünün "Bakı haqqında mahnı", "Gənclikordusu", "Tələbələr valsı" və digər mahnıları ilə həm böyükdinləyici auditoriyası qazanmış, həm də bu mahnılarla o, bir neçə dəfə ölkədəkeçirilən müsabiqələrin qalibi olmuşdur. Barəsində yazılmış monimental əsərdənöyrəndim ki, Musa Mirzəyevin bir çox mahnıları təkcə Azərbaycanın deyil, eləcədə onun hüdudlarından kənardakı uşaq xorlarının reperturalarında özünə yer alabilmişdi.

Xatırlatmaqyerinə düşər ki, Musa Mirzəyev həm də Fikrət Əmirovun, Əfrasiyab Bədəlbəylininmöhtəşəm əsərlərini də müəlliflərin üslubunu qoruyub saxlamaqla yenidən işləyiboranjman etmiş, orkestrləşdirmişdir. Onun bu peşəkarlığı da həm milli musiqiyəböyük sevgisindən, həm dahi sənətkarlarımıza sonsuz ehtiramımdan, həm də böyükvətəndaşlıq təəssüfkeşliyindən qaynaqlanır. Necə deyərlər Musa Mirzəyev təkcə özyaradıcılığı ilə musiqimizi zənginləşdirmir, o həm də dünyasını dəyişmiş böyüksənətkarlarımızın ölməz əsərlərinə yenidən nəfəs verir, onların ömrünə ömürcalayır.

Bəli,yanvarın 26-da, yəni, bu gün 80 il bundan öncə bu gün kino lentlərdə seyr edibacgözlüklə tamaşa etdiyimiz Bakının musiqi səmasında bir işıq yandı. Bu işıqsabahlara düşəcəkg sabahlara gedən yollara nur çiləyəcəkdi. Həmin işığı özü iləbu dünyaya Musa Abdulla oğlu Mirzəyev gətirmişdi. Bu gün də o işıq musiqidünyamızı öz nuruna qərq etməkdədi. Bundan sonra da belə olacaqdı. Doğumgününüz mübarək, Musa müəllim!

ƏbülfətMƏDƏTOĞLU

[email protected]


TƏQVİM / ARXİV