VƏZİFƏ

FAİQ QİSMƏTOĞLU
32889 | 2013-01-26 01:05
...Çoxdanidi Əhəd Əhədzadə dəridən, qabıqdan çıxırdı. O adam yox idi ki, ona"xod" eləməsin və müxtəlif yollar axtarmasın. Həmin adamlara yollarıona görə Əhəd Əhədzadə axtarırdı ki, kimsə pulunu alsın və onu baş həkim təyineləsin. Onun çox varlı və imkanlı qayınanası vardı. Bu qayınanasının çoxlusayda kommersiya şəbəkələri və dükanları fəaliyyət göstərirdi. Az qalaməhəllədə bütün ticarət obyektlərini həmin qadın çoxunu almışdı. Pulu artdıqca,imkanı çoxaldıqca Əhəd Əhədzadənin qayınanası Xumar xanımın könlündən çoxşeylər keçirdi...

Könlündənkeçirdi ki, kürəkəni Əhəd Əhədzadəni rayonun baş həkimi vəzifəsinə qoydursun.Amma nədənsə Əhədin adını çəkəndə yuxarılar bununla razılaşmırdı. Bildiridilərki, Əhəddən savayı, kim olursa-olsun onu vəzifəyə təyin edərik. Ancaq onunadını bizim yanımızda çəkməyin. Bir müddət Əhəd elə əvvəlki vəzifəsində işlədi.Düzdür, yaxşı da pul qazanırdı, ancaq ona pul qazanmaqdan çox, bir vəzifə lazımidi. O, vəzifəyə əyləşsəydi ilk növbədə Əhədin qayınanası Xumar xanımın ürəyisakitləşərdi. Çünki Xumar xanım çox çalışırdı ki, Əhəd vəzifəyə keçsin...

...Xumarxanıma gecə saat 12-də bir zəng gəldi. Adətən bu vaxtlar kimsə başqasına zəngeləməz və onu narahat etməzdi. Amma Xumar xanım telefondakı 211 nömrəsingörəndə bu zəngdən çox sevindi. Bildi ki, zəng edən adam yuxarıda oturanlardanbiridir və nə vaxtdandır ona bir xahiş edib və həmin xahiş də hələ yerinəyetirilməyib. Bu Xumar xanımın sonuncu ümidi idi. Deyəsən, sonuncu ümidi də çinçıxırdı. Xumar xanım sevinclə mobil telefonun düyməsini basdı:

- Hə qadanalım, sənə qurban olum, eşidirəm?! - dedi.

Danışanadamın səsində bir xoş ovqat hiss olunurdu. Hiss olunurdu ki, Xumar xanımınxahişi artıq yerinə yetirilib:

- Bilirsən,səni gecə yarısı niyə narahat elədim?! Elə indicə mənə dedilər ki, kürəkəninƏhəd Əhədzadənin əmrini veriblər. Günü bu gündən Əhəd rayonun baş həkimidi...

... Xumarxanım zəng edən insanın sözünü davam etdirməyə imkan vermədi və sevinclə dedi:

- Sənəqurban olum, balalarının başına dönüm, nə yaxşı bu ağır işi aşırdın və bizisevindirdin. Çoxdan idi ki, kürəkənimin yanında gözü kölgəliydim. Camaatınarasına çıxmağa utanırdım. Deyirdilər ki, Xumar xanımın sözü day keçmir. İndisənin bu işi düzəltəməyin məni göyünyeddinci qatına qaldırdı. Görəcəksən ki, bacın xəcalətindən necə çıxacaq...

...Səhərigünü nazirlikdən rayona bir nümayəndə də gəldi və Əhəd Əhədzadəni götürübbirbaşa rayon mərkəzi xəstəxanasına apardı. Orda da onu səhiyyə işçilərinə birdaha təqdim etdi. Nümayəndə dedi ki, bu gündən rayon mərkəzi xəstəxanasının başhəkimi Əhəd müəllimdir.

Ağxalatlıhəkimlərdən bu xəbərdən sevinənləri dəoldu, qanları qaralanı da. Ən çox buxəbərə sevinənsə Əhəd Əhədzadənin yaxınları və qohum-əqrəbası idi. Bilirdilərki, Əhəd vəzifəyə gələn kimi, qayınanası nə desə, onun dediyi iləoturub-duracaq. Axı, Əhədin qayınanası Xumar xanım elə-belə insan deyildi.Hətta rayonda icra başçısı və hüquq-mühafizə orqanlarının rəhbərləri belə buxanımla hesablaşmağa məcbur olurdular. Bilirdilər ki, Xumar xanım bir işinaltına girsə, mütləq onu aşıracaq. Söz verdi, deməli, onu həll etməliydi. Eləbuna görə də hamı Xumar xanımı rayonda sözükeçən bir insan kimi tanıyırdı.Tanımayanlar da onun haqqında çox şey eşitmişdi. Eşitdikləri də bu idi ki,Xumar xanımın qarşısında heç kim at oynada bilməz. Bir vaxtlar rayona təzə birpolis rəisi gəlmişdi, Xumar xanımla yola getmirdi. Xumar xanım işi necədüzüb-qoşdusa təzə rəisin yerini altı aydan sonra dəyişdilər. Yəni onugöndərdilər başqa bir rayona.

Ona görə dəXumar xanımın adı gələndə çoxları özünüyığışdırar və onun qəzəbinə düçar olmamağa çalışardı. Xüsusən də vəzifə sahibləriistəməzdilər ki, Xumar xanımla aralarında soyuqluq olsun. Əhəd Əhədzadə artıq bir aya yaxın idi ki, baş həkimişləyirdi. Vəzifə kreslosunda əyləşən kimi, oturduğu kabineti başdan-ayağaəsaslı təmir etdirdi. Özünə xidməti maşından əlavə bahalı bir "RangeRover" aldı. Yəni bu o demək idi ki, Əhəd Əhədzadə elə-belə adam deyil.Bir neçə ay ərzində kənd xəstəxanalarının çoxunun baş həkimlərini dəyişdirdi vəköhnə bazara təzə nırx qoydu. Bu da o demək idi ki, on manatlıq iş əlli manatahəll olunurdu. Hansısa kənd xəstəxanasının baş həkimi aylıq haqqını bir güngecikdirəndə o dəqiqə ona itin sözünü deyərdi. Əhəd Əhədzadə belə anlardaağzını açıb, gözünü yumardı. Onun qəzəbinə tuş gəlməmək üçün çoxlarıəlində-ovcunda nə vardısa, ona verərdi. Təki Əhəd Əhədzadə o həkimlərisöyməsin...

Bir dəgörərdin ki, həkimləri yığıb mərkəzi xəstəxanaya o ki var danlayır. Deyir ki,işləyə bilmirsiniz, şikayətlər çoxalıb. Bu fikirləri səsləndirəndə bəzihəkimlər öz payını götürərdi. Yəni işləyə bilmirsiniz, o deməyiydi ki, lazımolan pulu vaxtında gətirmirsiniz. Eləadamı, elə həkimi tərifləyirdi ki, başqaları buna məəttəl qalırdı. Deyirdi ki,Dadaş həkim hamınızdan yaxşı işləyir, hamınızdan savadlı adamdı. Amma hamırayonda yaxşı bilirdi ki, Dadaş həkim kimi çox qabiliyyətsiz adamıydı. Sadəcəolaraq, Dadaş yaxşı pul qazanırdı və o pulun da çoxunu Əhəd Əhədzadəyə verirdi.

Ancaqiclaslarda Əhəd Əhədzadə elə alovlu, elə coşqu ilə çıxış edirdi ki, tanımayanolsaydı, fikirləşərdi, bundan təmiz və bundan pak insan yoxdu. Onsuz da ƏhədƏhədzadə olmasın, Vəli Vəlizadə olsun, bu vəzifədə kim əyləşsəydi, elə belədanışırdı. Ağzına çullu dovşan sığışmırdı. Deyirdin ki, a kişi, bundan təmizadam olmaz. Amma elə ki, xəstəxanaya gedirdin, həkimlərə üz tuturdun, hər hansıdərmanı alırdın, bax onda hər şey aydın olurdu.

ƏhədƏhədzadə gələndən sonra şəkər xəstələrinə dərmanlar da verilmirdi. Yenə o biri baş həkimin vaxtında bəzidərmanlar xəstələrə pulsuz verilirdi.Ancaq Əhəd Əhədzadə necə "zakon" qoymuşdusa, bir şəkər xəstəsi müftəo dərmanı ala bilmirdi. Axırda bir gün rayonda qeydiyyatda olan şəkərxəstələrinin 20-30 nəfəri icra başçısının yanında oldu. Dedilər ki, bizdərmanlarımızı ala bilmirik. Başçı da onların başının altına yastıq qoyub yolasalmışdı. Günlərin bir günü də bu insanlar boğaza yığılıb Bakıya getmişdilər vəorda öz sözlərini lazımi adamlara demişdilər. Bundan sonra bir müddət xəstələrəhəmin dərmanlar pulsuz verildi. Amma üç aydan sonra yenə hər şey dəyişdi vəyenə Əhəd Əhədzadənin sözü keçdi...

ƏhədƏhədzadə yenə nə yerə sığırdı, nə göyə! Çünki pul sel kimi gəlirdi. Üstəlik dəonun əl qoyduğu yerə heç kim bir söz deyə bilməzdi. Qazandığı puldan həm yuxarılara verir, həm də özü üçün bir günağlayırdı. Az müddətdə Bakıda bir neçə ev aldı. Torpaq sahələri, kommersiya mağazalarıda öz yerində. 17 yaşında oğluna ad günündə 150 min manatlıq maşın bağışladı.Bütün bunların hamısını rayonda danışırdılar. Danışırdılar ki, Əhəd Əhədzadəlap qudurub! Gözü ayağının altını görmür. Üstəlik də Allah köhnə baş həkiminölənlərinə rəhmət eləsin! Əhəd Əhədzadə arı atıb, namusu yeyib. Bazara elə birnırx qoyub ki, heç kəs onun altından çıxa bilmir. Qayınanası Xumar xanımsa ƏhədƏhədzadənin bu fironluğunu eşidib fəxr edirdi. Elə Əhəd Əhədzadə də vəzifədəəyləşdiyinə görə, qayınanasına güvənirdi. Əlbəttə, qayınanasının puluolmasaydı, Əhəd Əhədzadə bu vəzifədə heç vaxt əyləşə bilməzdi. Çünki onun oqədər pulu yox idi ki, kiməsə verib o kresloda əyləşsin...

...Axşam nəqədər möhkəm içmişdisə başının ağrısı kəsmirdi. Evdəki xanımı Əhəd Əhədzadənibu vəziyyətdə görüb dedi:

-Sir-sifətin adam sifətinə oxşamır. Bu zəhrimarı az iç! Özün həkim adamsan, ammaarağın küpünə girisən. Ayıb deyil, sənin üçün?! Axı camaat bizə nə deyər?!

ƏhədƏhədzadə mızıldandı:

- Camaatınişi-gücü yoxdu, gedib öz dərdini çəksin! Qonaqlarım gəlmişdi, onlarla içməsəmməndən inciyərlər. Elə bilirsiniz, baş həkim olmaz asandır. Qonağın biri gedir,biri gəlir. Araq da içməyəndə onların dilin tapmaq çətin olur. Birini şirindillə yola salıram, birinə pul verirəm, birinə də yeyib-içmək qonaqlığı.Bunları eləməsəm, bir gün də o vəzifədə əyləşə bilmərəm.

Həyatyoldaşı Nəcibə xanım gördü ki, Əhəd Əhədzadə düz deyir. İndi vəzifədə qalmaqüçün çoxunun bığını yağlamalısan. Keçmiş baş həkim həmişə yuxarıdan gələnlərindilini tapırdı. Bir dəfə dilini tapmadı və bir dəfə onların istədiklərinieləmədi, o dəqiqə vəzifədən çıxardıb, atdılar çölə...

ƏhədƏhədzadəyə günorta saatlarındaqəfil zəng gəldi. Dedilər ki,təcili Bakıya çıxmalısan, iclas var. Əhəd də günorta möhkəm dostlarıyla bərk yeyib-içmişdi.İstədi getməsin, amma fikirləşdi ki, iclasa getməsə, onun üçün yaxşı olmaz.Tərs kimi sürücüsü də xəstəydi. Fikirləşdi ki, elə yeməkxanadan çıxıbyavaş-yavaş Bakıya üz tutar.

...Maşınınsükanın arxasına keçdi, mühərriki işə saldı və Bakı istiqamətində avtomobiliidarə etməyə başladı. Bayırda hava çox soyuq idi. Maşındakı istilik sistemini işə saldı. Bir az da içdiyinə görəözünü narahat hiss eləyirdi. Ancaq bütün bunlara baxmayaraq, ayağını qazamöhkəm basdı, maşın yerindən elə tərpəndi ki, hətta təkərlər yericırmaqladı. Əhəd Əhədzadə heç vaxt beləmaşın sürməzdi. 10-15 dəqiqədən sonra daşlı-kəsəkli yoldan çıxıb, asfalta doğrumaşın irələməyə başladı. Burda da Əhəd həkim sürəti artırdı. Qəfil gözünə birqaraltı göründü, həmin qaraltı qarşıdan gələn iri yük maşını idi. Əhəd istədiəyləci basıb, maşını saxlasın, amma artıq bu geciydi. Əhədin idarə etdiyi"Range Rover" yük maşınına çırpılmışdı...

Maşınlartoqquşanda yük maşınının sürücüsü özünü itirdi. Maşından yerə düşüb, avtomobiləbaxdı. Gördü ki, artıq avtomobilin sürücüsü al qanın içərisindədi. Özü nəsəköməklik etmək istədi, bacarmadı. Çünki qapı açılmırdı. Yoldan keçən sürücülərdə maşınlarını saxlayıb köməyə gəldilər. Kimsə təcili yardıma zəng vurdu. Təcili yardım gələnə kimi nə qədər çalışsalarda qapını aça bilmədilər. Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına daməlumat verildi. Elə hər iki xidmət sahəsi qısa zaman kəsiyində özlərini qəzabaş vermiş yerə çatdırdılar.

Mütəxəssislərhər şeyə məəttəl qalmışdı. Dedilər ki, ancaq maşını doğramaqla yaralını oradançıxarmaq olar. Amma onlar heç biri bilmirdilər ki, sükanın arxasında əyləşmişadam yaralıdı, yoxsa ölüb. Maşının hissələri kəsildi və sürücünü həmin yerdənçıxardılar. Təcili yardım maşınında olan həkimlər yaralını müayinə edəndə gördülər ki, artıq onun nəbzi vumur.Əhəd Əhədzadə elə qəza baş verən kimi güclü zərbədən ağır xəsarət almış vəbeyni dağılmışdı...

... Xəbərirayonda eşidəndə çoxları şoka düşdü. Amma şoka düşməyənlər də oldu. Dedilər ki,heç vaxt Allahla çiling-ağac oynamaq olmaz. Çünki Əhəd Əhədzadə və qayınanasıhər şeyi yaddan çıxarmışdı. Bəlkə də Allah da onların yadından çıxmışdı...

FAİQQİSMƏTOĞLU

[email protected]

TƏQVİM / ARXİV