adalet.az header logo
  • Bakı 19°C

Mən də inanım ki...

SAMİRƏ ƏŞRƏF
47831 | 2013-01-26 01:01
Bir neçəgün əvvəl tanışailələrdən birinin uşağının başına azca düşüncəsi olan və hər kəsi narahatedəcək bir əhvalat gəlib. Deməli, bu uşaq oxuduğu məktəbin ayaqyoluna gedəndə,orda olan, ondan nisbətən böyük sinif oğlanlarının birindən heç də xoş olmayansözlər eşidir. Sözlərin mahiyyətini anlamayan uşaq evə gələrkən həmin sözlərivalideynlərinə deyir. Haqlı olaraq qəzəblənənvalideynlər əvvəlcə istəyirlər ki, məktəbə gedib yekə bir həngaməçıxartsınlar. Lakin sonra bu fikirdən vaz keçib, uşağı həmin məktəbdənçıxardıb, başqa məktəbə qoymaq qərarına gəlirlər. Lakin bu vaxtı onlar uşağınsərt reaksiyası ilə qarşılaşırlar. Belə ki, uşaq ağlayıb, gözünün yaşını tökürki, bəs ata-anası onu öz sinif yoldaşlarından, müəlliməsindən ayırmasın...

Bu söhbətieşidəndə mən çox kədərləndim. Və həmin uşağın halına da acıdım. Təhsilocaqlarında baş verən belə əhvalatlar şagird özbaşınalıqlarının ən bariznümunəsidir.

Bəli biz,ana qucağından təzəcə çıxıb indiki nifrin dolu cəmiyyətin içinə atılan, körpəuşaqlara onlardan bir neçə bayram böyük həmcinsləri tərəfindən əxlaqsız təklifləredən uşaqların böyüdüyü bir cəmiyyətdə yaşayırıq.

Buyaxınlarda "rəşadətli" on illik efir mövcudluğunu qeyd edən"Kurtlar vadisi" serialına baxan barbar valideynlərin tərbiyə (əgərbuna tərbiyə demək mümkündürsə) edib məktəblərə göndərdiyi uşaqlar da bundanartıq ola bilməz.

Mənimyadıma öz uşaqlığım gəlir... Qardaşımla mən hər gün məktəbə gedən üç kilometryolu təkbaşına gedib, təkbaşına da gəlirdik. Bir adəm övladı da bizə gözün üstəqaşın var deyə bilməzdi. Ancaq indi hansı valideyn uşağını özündən on addımkənar qoya bilər? Heç kim.

Yay olandahəyətdə oynayan uşaqların səsindən çox, beş dəqiqədən bir eyvandan onlarıhaylayan anaların səsləri eşidilir.

Ərləri"Kurtlar vadisi"nin, arvadları da "Möhtəşəm yüz il"infanatı olan bu ailələr Polatın neçə dəfə ölüb-dirilməsini, Hürrəmin sarayxanədanında hansı taktiki gedişlərdən istifadə etməsini əzbər bilsələr də,təkcə övladlarına tərbiyə vermək məsələsində çətinlik çəkirlər.

Bu günlərdəaz qala bütün məmləkətin mübtəla olduğu həmin bu "Möhtəşəm yüz il"serialına mən də baxmaq qərarına gəldim. Çünki süd alanda süd satan Təranə xalabaşına yığdığı qadınlara Sultan Süleymanın göz-bəbəyi olan İbrahim Paşanıngecənin birində səssiz-səmirsiz öldürüləcəyi xəbərini vermişdi.

O hətta"İbrahim Paşanı öldürtdüyünə görə Sultan Süleymanı heç vaxtbağışlamayacağını" da bütün qadınlar qarşısında açıqdan-açığa əyanetmişdi.

Beləlikləməmləkəti bürüyən bu möhtəşəm serialın əsən ruzigarları mənə də siraət etdi ki,serial başlayan kimi dizimi qatlayıb ekranın qarşısına əyləşdim.

Kanallarınçörək ağacları olan reklamlar efirə gedəndə bekarçılıqdan pultun özkanallarımıza aid olan düymələrinə toxundum. Kaş heç o düymələrə toxunmayaydım!

Gördüm ki,orta məktəb şagirdinin biliklərinə belə malik olmayan, bizim özündən xeyliarxayın bir müğənnimiz əynində həkim paltarı dayanıb bir isterik xəstənin başıüzərində. Əvvəlcə çox çaşdım. Elə bildim hansısa həkim bu müğənniyəfanatikcəsinə vurğundu və plastik əməliyyatla özünü həmin müğənniyə oxşadıb.Lakin elə ki, "həkim" xəstənin istəyi ilə bir, iki nəqarət oxumağabaşladı, gördüm ki, yox zənnim məni aldatmayıb. Bu elə mən tanıdığım həminmüğənnidi.

Mənverilişə baxa-baxa bir xeyli baş sındırmaqla məşğul olanda, həmin bu müğənni dəəlini yalan olmasın bir, iki kiloyacan ənlik-kirşan yaxıb-yaxmaladığıyanaqlarına dayayıb tam ciddi bir görkəmdə xəstənin təzyiqini xəbər alır,sağlamlıq haqqında nəsihətlər verirdi...

Səniyanasan fələk, bu nə dövranıydı biz gəlib düşdük?!

İbrahimpaşanın qanlı-qadalı ölümünü unudub öz kanalımızdakı bədbəxtliyimizə mübtəla olduğum müddətdə beləməlum oldu ki, həmin verilişin formatı bundan ibarətdir ki, hər dəfə birmüğənninin peşəsini iki saatlığına dəyişirlər. Deyək ki, biri çox yaxşı toymüğənnisidi. Soyuducusunda da delfin ətindən tutmuş, ceyran südünə qədər hərnemət var. Nadir Qafarzadə misalı, yüz dənə acından güclə hərlənən milli şairvə yazıçını qidalandırmaq gücünə sahib ərzaq anbarına da yiyəlik edir. Bu zamanona bir süpürgə, bir dənə dəxəkəndaz verib deyirlər ki, "yeri get, oküçənin xəzəlini süpür, zibilini at, xalq da görsün ki, televizorunun,toyunun bəzəyi olan müğənnisi onunla həmrəydi".

Çox əcəb.Mən bu süpürgəçilik məsələsini anladım. Bu işin heç bir ciddiyyəti, savad tələbedən bir tərəfi yoxdur. Bəs həkimliyə nə sözünüz? Əziz reytinq həvəskarlarıartıq insan həyatının təslim olduğu həkim əlləri sizin üçün bu qədərmidəyərsizləşdi? Yəni siz neçə illər universitetin jurnalistika fakültəsinə beləsəviyyəsiz veriliş çəkmək üçün ayaq döymüsünüz? Deyək ki, o müğənnilər, vəziyyətinciddiliyini anlamırlar. Bəs sizə nə düşüb. Siz niyə həkimlik kimi ciddi birpeşəni milyonların gözü qarşısında məsxərə yaradacaq bir hala salırsınız?

Bəlkə burəzillikləri görməmək üçün bu ölkənin istedadlı, başı tərpənən insanları burdanbaş götürüb qaçıblar. Bizim çox intellektual təfəkkürə, ələ düşməz istedadamalik insanlarımızın çoxu xarici ölkələrdə birtəhər girələnirlər.

Millətolaraq oxumaqdan əl götürmüş, oxumağı özünə sığışdırmayan bir xalqaçevrilmişik. Bu gün böyükəksəriyyət mədəsi üçün yaşayır. Hər kəs"məndən ötdü, qardaşıma dəydi"prinsipinə söykənib.

Bir balacaparıltısı olan şəxslərin də adına qoşulmayan söhbətlər, yazılmayan sözlərqalmır. Bəlkə bunun üçündür ki, indi bircə kitab qaralamış, tərcümə etmişinsanlar özlərini qoymağa yer tapmırlar? Axı nə də olsa, bu qədər kəsafətiniçərisində parlamağa çalışan bir nəfər də gələcəyə qənimətdi.

Elə ki,birinin gözü oxumaqdan bir balaca zəiflədi, o dəqiqə deyir ki, mən xariciəsərləri rusca, türkcə tərcümələrdən oxuyuram. Soruşanda ki, niyə? Deyir ki,yerli tərcümələrin bir qəpik dəyəri yoxdu.

Buyaxınlarda türkiyəli tərcüməçi və yazar Aslı Biçen adlı bir xanımınmüsahibəsini oxudum. Qırx iki yaşında qırx dörd əcnəbi kitabı türkcəyə çevirmişbu xanımın zəhmətkeşliyinə və ədəbiyyata olan sevgisinə heyran oldum. Təsəvvüredin ki, bu xanım Folknerdən tutmuş, Kortasara qədər ciddi mətnləri türk dilinətərcümə edib və təvazökarlığından zərrə qədər də olsun itirməyib."Ədəbiyyat və oxumaq mənim içimdəki xoşbəxtliyin mənbəyidir" deyən,yaşından çox əsəri türk dilinə çevirən Aslı xanım kimi bir tərcüməçi bizdə varmı? Məntanımıram. Əgər siz tanıyırsınızsa,buyurub əxz edin, mən də inanım ki, daha heç bir valideyn öz uşağınıağlada-ağlada müəllimlərindən, şagird yoldaşlarından ayırıb başqa məktəblərəaparmayacaq.

TƏQVİM / ARXİV